Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Namiz
Kamran Hüseynov 12 iyul 1995-ci ildə Neftçala şəhərində Namiz Hüseynovun ailəsində anadan olmuşdur. 2001-2012-ci illərdə orta təhsil almışdır. 2012-2016-cı illərdə Heydər Əliyev adına Hərbi İnstitutda ali hərbi təhsil almışdır. Subay idi.
Kamran Hüseynov 2016-cı ildə ali hərbi təhsilini başa vurduqdan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmış, çağırışa əsasən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissələrdən birində "leytenant" rütbəsində hərbi vəzifəsinə başlamışdır. Xüsusi Təyinatlı Qüvvələrin zabiti olaraq xidmət edən Kamran Hüseynov dəfələrlə təlimlərdə iştirak etmiş, hərbi xidməti zamanı fərqləndiyinə görə rəhbərlik tərəfindən dəfələrlə fəxri fərman və təşəkkürnamələrlə təltif edilmiş, "baş leytenant" rütbəsi almışdır.
Azərbaycan Ordusunun baş leytenantı olan Kamran Hüseynov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində zabit olaraq iştirak etmişdir. Murovdağın, Cəbrayılın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuş, fərqlənmişdir.
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamran Hüseynov "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Kamran Hüseynov "İgidliyə görə" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Kamran Hüseynov "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Kamran Hüseynov "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Kamran Hüseynov "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Vətən müharibəsində iştirakına görə Kamran Hüseynov baş nazir Əli Əsədov tərəfindən "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 iyun 2023 tarixli sərəncamına əsasın Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçusu Kamran Hüseynov “Vətən uğrunda” medalı ilə təltif edilib.
Vətən müharibəsi bitdikdən sonra bir neçə medallara layiq görülən Kamran Hüseynov Qarabağda yerləşən "N" saylı hərbi hissələrdən birində xüsusi təyinatlı kimi hərbi xidmətini davam etdirirdi.
Kamran Hüseynov 4 mart 2023-cü ildə Qarabağda xidməti vəzifəsini yerinə yetirərkən ermənilərin basdırdığı minanın partlaması nəticəsində şəhid olmuşdur. Kamran Hüseynovun nəşi evinə gətirilərək 6 mart 2023-cü ildə Neftçala Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçusu Kamran Hüseynov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3 – cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilətəltif edilib
Kamran Hüseynov çox çəsarətli və igid döyüşçü olmuşdur. O, hətta 44 günlük Vətən müharibəsində yaralanmasına baxmayaraq sağaldıqdan sonra döyüş meydanına atılmış və böyük qərəmanlıqlar göstəmişdir.
Ata: Hüseynov Namiz Aslan oğlu Ana: Hüseynova Zülfiyyə Məhəmməd qızı Bacı: Hüseynova Nərmin Namiz qızı