Hüseynov Mirzə Xəlifə
MAHHXHQ əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Hüseynov Mirzə Xəlifə

Ata adı: Xəlifə

🐣
Doğum — Göygöl Çaykənd kəndi
🕊️
Şəhadət — Kəlbəcər
📍
Dəfn Olunduğu Yer Göygöl Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Kəlbəcər

Təltif Edildiyi Orden və Medallar

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Mirzə Hüseynov 3 aprel 1991-ci ildə Kəlbəcər rayonunun Ağdaban kəndində anadan olub. Evli idi. 2 qiz övladı yadigar qaldı.

Azərbaycan Ordusunun əsgəri olan Mirzə Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi döyüşlərində vuruşub. Mirzə Hüseynov 28 sentyabr 2020-ci ildə  Kəlbəcər uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hüseynov Mirzə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Hüseynov Mirzə ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş  hərbi qulluqçu  Mirzə Hüseynov   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Vətənini, bayrağını sevən, qohumlara, dostlara yanımcıl səmimi, mehriban, saf, gülərüz, diqqətcil, bacarıqlı, idmanı sevən insan olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Göygöl rayonu, Çaykənd orta məktəbi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Hüseynov Xəlifə Həsən oğlu Ana: Hüseynova Xoşgül Əhəd qızı Qardaş: Hüseynov Kürdoğlu Xəlifə oğlu Həyat yoldaşı: Əhədli Leyla Saməddin qızı Qızı: Hüseynli Nuray Mirzə qızı Qızı: Hüseynova Xoşgül Mirzə qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər