Hüseynov Nicat Ziyafət
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Hüseynov Nicat Ziyafət

Ata adı: Ziyafət

🐣
Doğum — Şirvan
🕊️
Şəhadət — Füzuli Qaraxanbəyli kəndi
📍
Dəfn Olunduğu Yer Şirvan Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Könüllü
Döyüşlərdə İştirak:
⚔️ Füzuli

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Döyüşdə fərqlənməyə görə medalı

Döyüşdə fərqlənməyə görə medalı

Döyüşdə Fərqlənməyə görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Nicat Hüseynov 4 iyun 1997-ci ildə Şirvan şəhərində anadan olmuşdu. O birinci sinfə N.Quliyev adına 9 saylı orta məktəbdə başlamış, 11-ci sinfi B.Aslanov adına 16 saylı orta məktəbdə başa vurmuşdur.Nicat 2015-ci ilin iyul ayında hərbi xidmətə yollanmışdı. O könüllü olaraq "Aprel döyüşləri"ndə iştirak etmək üçün arxa cəbhədən ön cəbhəyə seçilmiş 10 əsgərdən biri olmuşdu. Nicat qısa sürən döyüşlərdə yaxından iştirak etmiş və yüngül xəsarət almışdı. Hərbi xidmət zamanı snayperçi kursunu bitirmişdir. Nicat Hüseynov daim "Aprel döyüşləri" zamanı komandiri olmuş Murov qartalı şəhid polkovnik-leytenant Raqif Orucovu xatırlamış, əsgər yoldaşları ilə birlikdə bir gün onun qisasını düşməndən alacağına söz vermişdi.

Hərbi xidməti başa vurduqdan sonra Nicat Hüseynov Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Araz zavodunun Təhlükəsizlik və Müdafiə İdarəsində böyük atıcı işləmişdi.

Keçən ilin sentyabr ayında başlayan Vətən müharibəsində iştirak etmək üçün Nicat könüllü olaraq hərbi xidmətə yazıldı.29-sentyabr tarixində döyüşə yollanan Nicat evdən çıxarkən anasına "Şəhid olsam, ağlamayın, məni atamın bayrağına bükərsiniz" demişdi. Çünki torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşmək və şəhidlərin qisasını almaq onun uşaqlıq arzusu idi. Cəsarətli və az yaşı olmasına baxmayaraq, böyük hörmət sahibi olan bu gənc müqəddəs arzu uğrunda inamla irəli atıldı. Nicat müharibənin ilk günlərindən böyük şücaət göstərmiş ,bölük komandiri seçilmiş və əsgərlərini döyüşə ruhlandırmışdı.

Nicat Füzuli rayonunun Qaraxanbəyli kəndi uğrunda gedən döyüşlərdə xüsusi qəhrəmanlıq göstərərək ağır döyüş şəraitində 15 yaralı əsgəri neytral zonadan təkbaşına çıxarmışdı. Və... 23 yaşlı Nicat Hüseynov 16-cı döyüş yoldaşını xilas edərkən qəhrəmanlıqla şəhidlik zirvəsinə ucaldı..

Nicat Hüseynovun nəşi 11 oktyabr tarixində Şirvan şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Azərbaycan Respublikasının Prezidentinin Sərəncamlarına əsasən Nicat Hüseynov ölümündən sonra “Vətən uğrunda", “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə” medalları və 3-cü dərəcəli “Vətənə Xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Nicat 30 əsgərin xilaskarı kimi xatırlanır. Vətəni həmişə sevib. Cəsur və qorxmaz əsgər idi. İşlədiyi zavodda büstü qoyulub. Müdafiə Sənayəsi Nazirliyinin həyətində abidəsi ucaldılıb.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Şirvan şəhər 16 saylı tam orta məktəb
İş Yeri "Araz" Zavodu
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Hüseynov Ziyafət Ağasadıq oğlu Ana: Hüseynova Zümrüd Böyükağa qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər