Üsuliddin -1- Hacı Mircəfər Əyyubov
Böyük Günahlar Kiçik Addımlarla Başlayır
Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Ata adı: Madər
Nurlan Hüseynov 1992-ci il iyulun 3-də İmişli rayonunun Göbəktala kəndində anadan olmuşdur.
2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrin də xidmət etməyə başlamışdır.
2018-ci ildə Türkiyənin İzmir şəhərin də keçirilən ən yaxşı snayperçi yarışında 24 dövlət arasında birinci yeri tutmuşdur. Azərbaycan Silahlı Qüvvələrində 100 illiyinə görə Azərbaycan Prezidentinin adından Müdafiə nazirinin əmri ilə təltif edilib.
Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin giziri olan Nurlan Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan Vətən Müharibəsi zamanı Murovdağının, Cəbrayılın, Füzulinin və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Nurlan Hüseynov oktyabr ayının 14-də Hadrut döyüşləri zamanı qəhrəmancasına şəhid olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Kəlbəcər rayonu işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Hüseynov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nurlan Hüseynov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nurlan Hüseynov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli sərəncamı ilə Nurlan Hüseynov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli sərəncamı ilə Nurlan Hüseynov ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.
Nurlan öz işini çox sevən, öz işinə bağlı olan bir oğul idi. O, çox sadə, mədəni, sirr saxlayan idi, işi barəsində danışmağı sevmirdi. Bütün kənd, bütün qohum əqrəba hələ sağ ikən belə onunla fəxr edirdi.
Nurlan Hüseynov Türkiyədə 24 ölkə arasında keçirilən atıcılıq yarışında 1-ci yer tutub və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən “Qartal” ləqəbi verilərək qızıl saat və üzərində qartal simvolu olan üzüklə təltif edilib.
Ata: Hüseynov Madər Əzim oğlu Ana: Hüseynova Səliqə Mikayıl qızı Bacı: Hüseynova Ulduz Madər qızı Qardaş: Hüseynova Sərdar Madər oğlu Bacı: Hüseynova Növrəstə Madər qızı Həyat yoldaşı: Hüseynova Günel Əlfağa qızı