Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Ələkbər
Orxan Hüseynov 1996-cı il martın 4-də Balakən rayonunun Hənifə kəndində anadan olub.
Azərbaycan Ordusunun əsgəri olan Orxan Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Orxan Hüseynov oktyabrın 4-də Murovdağ döyüşləri zamanı şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. 15.01.2021-ci il tarixində Balakən rayonunda dəfn olunub.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə “Suqovuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları, III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Çox qoçaq, qayğıkeş oğlan olub. Sakit təbiətli tərbiyyəli biri idi.Kənd camaatı onun haqqında gözəl sözlər söylədilər. Hamı onunla fəxr edir. Dostluqda düzgün,sədaqətli, qorxmaz bir idi
Ata: Hüseynov Ələkbər Molla oğlu Ana: Hüseynova Sevda Zeynalabid qızı Qardaş: Hüseynov Şöhrət Ələkbər oğlu Bacı: Rəşidova Azadə Ələkbər qızı