Üsuliddin -1- Hacı Mircəfər Əyyubov
Böyük Günahlar Kiçik Addımlarla Başlayır
Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Ata adı: Bəhmən
Pencalı Hüseynov 7 may 2001-ci il tarixində Neftçala rayonunun Qaralı kəndində anadan olmuşdur. Pencalı 2007-ci ildə Qaralı kənd məktəbində 1-ci sinfə başlamışdır. Mülayim, xoşrəftar, mehriban olması ilə müəllim və şagirdlərin hörmətini qazanmışdı. 2018-ci ildə həmin məktəbin məzunu olmuşdur. Pencalının ev heyvanlarına xüxusi marağı vardı.
Pəncalı Hüseynov 2 iyul 2019-cu il tarixində Neftçala RHK-dan hərbi xidmətə yollanmışdır. Xidməti müddətində fəal, qorxmaz və intizamlı olması ilə komandir və zabitlərin rəğbətini qazanmışdı. Pencalının təlimlərdə və hərbi hissənin tərkibində göstərdiyi davranışına görə ailəsinə 2 dəfə (26.06.2020 və 12.09.2020-ci il tarixlərində) təşəkkür məktubu göndərilib. 2020-ci ilin avqustunda türklərlə olan təlimlərdə snayperçi olaraq göstərdiyi nəticəyə görə yenidən hərbi xidmətə dəvət almışdır. 26 sentyabr 2020-ci ildə Azərbaycan və Ermənistan arasında başlanan Vətən müharibəsi zamanı cəbhə bölgəsində Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyat bölümündə snayperçi olaraq iştirak etmişdir. O, Murovdağ və Kəlbəcərin azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Pencalı Hüseynov 28 sentyabr tarixində Murovdağ istiqamətindəki döyüşdə qəhrəmancasına vuruşaraq şəhid olmuşdur. Oktyabrın 2-də Neftçala rayonunun Qaralı kəndində dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Pencalı Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Pencalı Hüseynov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Pencalı Hüseynov ölümündən sonra III dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.
Hüseynov Pəncalı mehriban, səmimi, gülərüz biri idi. Qonşuları və müəllimləri arasında böyük hörmət qazanmışdır.
Ata: Hüseynov Bəhmən Pəncalı oğlu Ana: Hüseynova Hicran Pərviz qızı Qardaş: Hüseynov Turan Bəhmən oğlu