Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Qüdrət
Ramin Hüseynov 1993-cü ilin sentyabrın 3-də Ağsu rayonunun Çaparlı kəndində anadan olub. 2001-ci ildə Ağsu rayonu Çaparlı kəndin 1-ci sinifə gedib. 2002-ci ildə Bakı şəhəri,Binəqədi rayonu,284 saylı tam orta məktəbin 2-ci sinifinə daxil olub.2011-ci ildə orta təhsilini başa vuraraq,hərbi xidmətə yollanır. Ailədə 3 qardaşdan kiçiyi idi. Subay idi.
2011-ci ildə hərbi xidmətə yollanan Ramin 2013-cü ildə hərbi xidməti başa vurur. 2014-cü ildə gizirlik kursuna daxil olmuş və kursu bitirdikdən sonra Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində rabitə taborunun komandir müavini işləmişdir. Fəxri fərmanlarla təltif olunmuşdur. 2016-cı il Aprel döyüşlərinin iştirakcısı olmuşdur. 2020-ci ilin oktyabrın 8-də Vətən müharibəsində düşmənə müqavimət göstərərkən, düşmən tərəfindən atılan minamiyot qəlpəsindən qəlpə yaraları almış və 27 yaşında şəhidlik zirvəsinə ucalmışdır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramin Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərmiş, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramin Hüseynov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə " medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramin Hüseynov ölümündən sonra "Füzulinin azad olunmasına görə " medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Ramin Hüseynov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Vətənpərvər insan idi. Bayrağa böyük sevgisi var idi. Türk və Azərbaycan bayraqlarını hər zaman üstündə gəzdirərmiş.
Ata: Hüseynov Qüdrət Rahim oğlu Ana: Hüseynova Dilarə Asəf qızı Qardaş: Hüseynov Röyal Qüdrət oğlu Qardaş: Hüseynov Radim Qüdrət oğlu Bacı: Hüseynova Aynur Qüdrət qızı Qardaş: Hüseynov Rəvan Qüdrət oğlu