Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Rəhim
Hüseynov Rəşad Rəhim oğlu 10 mart 1980-ci ildə Şirvan şəhərində anadan olub. 21 saylı tam orta məktəbdə orta təhsil alıb. Hüseynov Rəşad təhsilini Cəmşid Naxçivanskı adına hərbi liseydə davam etdirib. Daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb. Təhsilini tamamladıqdan sonra Azərbaycan Silahlı Qüvvələrində xidmət edib, "polkovnik-leytenant" hərbi rütbəsinə qədər yüksəlib.
Nümunəvi xidmətlərinə görə “Qüsursuz Xidmətə görə 3-cü dərəcə ”, “Qüsursuz Xidmətə görə 2-ci dərəcə,” “Qüsursuz Xidmətə görə 1-ci dərəcə", ”Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 90 və 95 illik yubiley" medalları, ”Hərbi Xidmətdə fərqlənməyə görə 3-cü dərəcə” medalları ilə təltif edilib.
Vətən Müharibəsində qəhrəmancasına iştirak edib. Ölümündən sonra 3- cü dərəcələli "Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.
Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı olan Hüseynov Rəşad Rəhim oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Kəlbəcər-Laçın istiqamətində gedən döyüşlərdə şəhid olub.
Hüseynov Rəşad 22 sentyabrda Şirvan şəhəri Şəhidlər Xiyabanında dəfn edilib.
Ailəcanlı, uşaqcanlı idi. Ailəsi ilə vaxt keçirməyi xoşlayırdı. Vətənpərvər idi. Dövlətini və xalqını sevirdi. Hərbi peşəni, hərbi peşənin sirlərini mükəmməl bilirdi. Öz tabeçiliyində olan hərbi qulluqçulara tək komandir deyil, həm də onlar üçün böyük qardaş olub, onların hər bir problemini öz problemi bilərək daim onların yanında olmuşdur.
Ata: Hüseynov Rəhim Mənsim oğlu Ana: Hüseynova Ceyran Müzəffər qızı Qardaşı: Hüseynov Anar Rəhim oğlu Qardaşı: Hüseynov Rasim Rəhim oğlu Həyat yoldaşı: Hüseynova Zeynəb Həsən qızı Qızı: Hüseynzadə Rəşidə Rəşad qızı Qızı: Hüseynzadə Xədicə Rəşad qızı