Hüseynov Rövşən Kazım
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Hüseynov Rövşən Kazım

Ata adı: Kazım

🐣
Doğum — Bakı Rəsulzadə qəsəbəsi
🕊️
Şəhadət — Füzuli
📍
Dəfn Olunduğu Yer Bakı Binəqədi qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Könüllü
Döyüşlərdə İştirak:
⚔️ Füzuli ⚔️ Xocavənd

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Rövşən Hüseynov 21 avqust 1995-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2001-ci ildə Bakı şəhəri 115 nömrəli tam orta məktəbində 1-ci sinifə getmişdir. 2012-ci ildə Bakı şəhəri 202 nömrəli tam orta məktəbi bitirmişdir. 2013-cü ildə Rusiya Federasiyası, Stavropol şəhərində yerləşən "Qafqaz Xalqlarının Dostluğu İnstitutu"nun iqtisadiyyat fakültəsinə daxil olmuşdur. 2017-ci ildə həmin fakültəni bakalavr pilləsi üzrə bitirmişdir.
Rövşən Hüseynov 2017-2018-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Goranboy rayonunda ön xəttdə Murovdağ istiqamətində yerləşən "N" saylı hərbi hissədə düşmənlə üz-üzə xidmət etmişdir.

Hərbi xidmət dövründə göstərdiyi nümunəvi xidmətlərə görə komandanlıq tərəfindən mükafatlandırılmışdır. 2018-ci ildə həqiqi hərbi xidmətdən tərxis olunmuşdur. Rövşən Hüseynov 2020-ci il sentyabrın 27-də elan olunmuş səfərbərliklə əlaqədar Hərbi Komissarlıq tərəfindən təkrar xidmətə çağırılmışdır.

Azərbaycan Ordusunun əsgəri olan Rövşən Hüseynov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak etmişdir. Döyüşlərdən birində döyüş tapşırığının yerinə yetirilməsi zamanı Füzuli rayonu, Kürdlər kəndi ərazisində şəhid olmuşdur. 25 oktyabr 2020-ci ildə Bakı şəhərində dəfn olunmuşdur.

Bakı şəhərində yaşadığı küçə Rövşən Hüseynovun adını daşıyır.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rövşən Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rövşən Hüseynov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rövşən Hüseynov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Rövşən Hüseynov ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Dözümlü, qorxmaz, dostcanlı, yardım sevər biri olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Alı Mustafayev adına 202 nömrəli məktəb
Ali Təhsil Rusiya Federasıyası Qafqaz Xalqlarının Dostluğu İnstitutu
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ana: Hüseynova Sona İsgəndər qızı Qardaş: Hüseynov Rafael Kazım oğlu Qardaş: Hüseynov Rəşad Kazım oğlu Bacı: Xıdırova Alidə Kazım qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər