Hüseynov Röyan Sübhan
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Hüseynov Röyan Sübhan

Ata adı: Sübhan

🐣
Doğum — Gədəbəy
🕊️
Şəhadət — Xocavənd
📍
Dəfn Olunduğu Yer Gəncə Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Xocavənd ⚔️ Füzuli

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi


Röyan Hüseynov 2001-ci ilin 21 mart tarixində Azərbaycan Respublikasının Gədəbəy rayonunun Parakənd kəndində anadan olmuşdur. 2007-ci ildə Gəncə şəhərində yerləşən Nigar Rəfibəyli adına 43 nömrəli tam orta məktəbində təhsil almağa başlamışdır. Eyni zamanda hələ uşaq yaşlarından Cüdo idman növünə olan marağından bu idman növündə böyük səylər göstərmiş, bir neçə uğurlara imza atmışdır.

Peşəkar olaraq Gəncə İdman klubunun idmançısı olmuş Röyan Hüseynov, dəfələrlə zona və Respublika birincisi olmuşdur. 2018-ci ildə təhsil adığı Nigar Rəfibəyli adına 43 nömrəli tam orta məktəbdən məzunu olmuşdur.

24 aprel 2019-cu ildə müddətli hərbi xidmətə yollanmışdır. Xidmətin bitməsinə 3 gün qalmış, 27 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsi başlamışdır və əsgər Hüseynov müxtəlif istiqamətlərdə döyüşlərə qatılmışdır.

2020-ci ilin 20 oktyabr tarixində Xocavənd rayonunun Hadrut qəsəbəsinin azad edilməsi uğrunda keçirilən Hadrut döyüşü zamanı düşmən snapyerinin atəşi nəticəsində şəhid olmuşdur. 11 oktyabr tarixində nəşi ailəsinə təhvil verilmiş və böyük izdihamla Gəncə Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Röyan Hüseynov  ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Röyan Hüseynov  ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Röyan Hüseynov  ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Röyan Hüseynov  ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş  hərbi qulluqçu Röyan Hüseynov   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Ailəsinə bağlı, mehriban, səmimi, vətənpər insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Gəncə şəhəri, 43 saylı orta məktəb
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Hüseynov Sübhan İsmayıl oğlu Ana: Hüseynova Səyyarə İlyas qızı Bacı: Hüseynova Röyalə Sübhan qızı Bacı: Hüseynova Lamiyə Sübhan qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər