Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Habil
Sahil Hüseynov 2019-cu ildə həmin məktəbi bitirmiş və hərbi xidmətə yollanmışdır. 2020-ci ilin 12 iyulundan başlayan Tovuz döyüşlərində Sahil də iştirak etmiş, döyüş tapşırığını yerinə yetirmişdir.
27 sentyabr 2020-ci ildən başlayan Vətən Müharibəsində də iştirak edən əsgər Sahil Hüseynov xüsusilə, Füzuli döyüşlərində iştirak edərək döyüş tapşırığını yerinə yetirmişdir. O, 11 oktyabr 2020-ci ildə Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində düşmənin minaatandan açdığı güllə nəticəsində şəhid olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sahil Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyi, sona qədər döyüşdüyü və tapşırıqların yerinə yetirilməsində fərqləndiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli sərəncamına əsasən Sahil Hüseynov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edilmişdir.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Sahil Hüseynov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu Sahil Hüseynov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Hamıya hörmətlə yanaşırdı, qorxmaz idi.
Atası: Hüseynov Habil Həzi oğlu Anası: Hüseynova Həcər Oruc qızı