Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Şahin
Şahnur Hüseynov 1991-ci il noyabrın 30-da Polşanın Belqrad şəhərində anadan olub. Orta təhsilini Füzuli rayon İkinci Mahmudlu kəndində alıb. 2006-2009-cu illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsilini davam etdirib. 2009-2013-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali təhsil alıb. Ailəli idi. Əlinur adlı oğlu yadigar qaldı.
Şahnur Hüseynov Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissədə bölük komandiri, sonra taborun qərargah rəisi, daha sonra isə tabor komandiri vəzifələrində çalışıb.
Azərbaycan Ordusunun kapitanı olan Şahnur Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şahnur Hüseynov sentyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub. Astara rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahnur Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahnur Hüseynov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahnur Hüseynov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Şahnur Hüseynov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.
Uşaq vaxtlarından hərbiyə olan marağı sayəsində o, Heydər Əliyev adına Hərbi Akademiyasına daxil olub. O sevdiyi, təhsil aldığı torpağın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu.
Ata: Hüseynov Şahin Dilavər oğlu Ana: Hüseynova Hədiyyə Mirzəhüseyn qızı Qardaş: Hüseynov Şəhriyar Şahin oğlu Həyat yoldaşı: Hüseynova Gülyaz Səxavət qızı Oğlu: Hüseynzadə Əlinur Şahnur oğlu