Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Əlizadə
Samir Hüseynov 15 noyabr 1994-ci ildə Lerik rayonunun Vov kəndində anadan olmuşdur. Orta təhsilini 2001-ci ildən şəhid Rakif Babayev adına Vov kənd 9 illik natamam orta məktəbində almışdır.
Orta məktəbi bitirdikdən sonra 2013-cü ilin yanvar ayında hərbi xidmətə yollanmışdır. Gəncədə yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. 2014-cü ilin iyul ayında hərbi xidmətini başa vurduqdan sonra Rusiyaya gedərək bir müddət işləmişdir. 2016-cı ildə könüllü olaraq yenidən hərbi sahəyə qayıtmış və Xüsusi Təyinatlı Qüvvələrin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq işləməyə başlamışdır.
Azərbaycan Ordusunun əsgəri olan Samir Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Cəbrayılın, Füzulinin, Zəngilanın, Xocavəndin, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 10 noyabr 2020-ci ildə Şuşa istiqamətində Ermənistan Ordusunun xeyli zabitini məhv edərək qeyri-bərabər döyüşdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Hüseynov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Samir Hüseynov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Samir Hüseynov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Samir Hüseynov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Samir Hüseynov ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi.
Mehriban, qayğıkeş, gülərüz, vətənpərvər bir gənc olub. Mütaliəni çox sevirmiş. Xidmət dövründə özünü nümunəvi əsgər kimi göstərir. Ən böyük arzusu torpaqlarımızı işğaldan azad etmək olub. Elə bu yolda canını fəda etdi. Vətən Müharibəsi başlanandan döyüşlərə qoşulur. Füzuli, Cəbrayıl, Xocavənd və Şuşa rayonları uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşur.
Ata: Hüseynov Əlizadə Naib oğlu Ana: Rəhimova Güldəstə Balağa qızı Qardaş: Hüseynov Əlirza Əlizadə oğlu Qardaş: Hüseynov Əlizair Əlizadə oğlu