Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Məhbub
Hüseynov Səbuhi Məhbub oğlu 27 mart 2002- ci ildə Xaçmaz rayonunda anadan olmuşdur. Abşeron rayonu, Xırdalan şəhəri 2 saylı məktəbdə orta təhsilini aldıqdan sonra Türkiyədə yerləşən Bilecik Şeyh Edebali Universitesinə qəbul olur. 2- ci kursdan təhsilini dondurur və hərbi xidmətə yollanır.
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu olan Hüseynov Səbuhi Məhbub oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Hüseynov Səbuhi Məhbub oğlu Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
Şəhid Hüseynov Səbuhi Məhbub oğlu Şamaxı rayonu Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Vətənpərvər, cəsur, xoş xasiyyətli
Ata: Hüseynov Məhbub Üzeyir oğlu Ana: Hüseynova Sevda Arif qızı Bacı: Hüseynova Sevinc Məhbub qızı Qardaşı: Hüseynov Üzeyir Məhbub oğlu