Hüseynov Vaqif Asəf
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Hüseynov Vaqif Asəf

Ata adı: Asəf

🐣
Doğum — Şəmkir Qaralar kəndi
🕊️
Şəhadət — Füzuli
📍
Dəfn Olunduğu Yer Şəmkir Qılıncbəyli kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Könüllü
Döyüşlərdə İştirak:
⚔️ Füzuli

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Vaqif  Hüseynov 2000-ci il yanvarın 1-də Şəmkir rayonunun Qaralar kəndində anadan olub. 2006-2017-ci illərdə A. Bağırov adında Qaralar kənd tam orta məktəbində təhsil alıb. Subay idi.

Vaqif Hüseynov 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Ordusunun əsgəri olan Vaqif İsmayılzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ döyüşlərində, həmçinin Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vaqif Hüseynov oktyabrın 26-da Füzuli döyüşləri zamanı şəhid olub. Şəmkir rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vaqif Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Vaqif Hüseynov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Vaqif Hüseynov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu Vaqif Hüseynov   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Mərd, ciddi, yardımsevər, dostcanlı, ailəcanlı, səmimi, mehriban, qohumcanlı, vətənpərvər, igid, qorxmaz, gülərüz insan olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Şəmkir şəhəri, Ayaz Bağırov adına Qaralar kənd tam orta məktəbi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Hüseynov Asəf Qaçay oğlu Ana: Hüseynova Züleyxa Vaqif qızı Qardaş: Hüseynov Qaçay Asəf oğlu Qardaş: Hüseynov Ümid Asəf oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər