Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Nadir
Hüseynov Vüsal Nadir oğlu 30 yanvar 1991-ci ildə Beyləqan rayonu Qəhramanlı qəsəbəsində dünyaya gəlib.
Azərbaycan Ordusunun əsgəri olan Vüsal Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Vüsal Hüseynov oktyabrın 20-də Xocavənd rayonunda gedən döyüşdə alıdığı qəlpə yarası nəticəsində şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Hüseynov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Vüsal Hüseynov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Vüsal Hüseynov ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi.
Ünsiyyətcil, ciddi xarakterli, təmkinli, səbrli, qayğıkeş, vətənpərvər insan kimi xatırlanır.
Ata: Hüseynov Nadir Murtuza oğlu Ana: Şəmmədova Aidə Əziz qızı Həyat yoldaşı: Hüseynova Nüşabə Tofiq qızı Qızı: Hüseynova Vüsalə Vüsal qızı Qızı: Hüseynli Dəniz Vüsal qızı Oğlu: Hüseynov Nadir Vüsal oğlu Qardaş: Hüseynov Anar Nadir oğlu Qardaş: Hüseynov Murtuza Nadir oğlu Qardaş: Hüseynov Cavid Nadir oğlu Bacı: Hüseynova Aynur Nadir qızı Bacı: Hüseynova Tərlan Nadir qızı