Hüseynov Xəyyam Hüseyn
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Hüseynov Xəyyam Hüseyn

Ata adı: Hüseyn

🐣
Doğum — Göyçay Məlikkənd kəndi
🕊️
Şəhadət — Tərtər Suqovuşan
📍
Dəfn Olunduğu Yer Göyçay Məlikkənd kənd qəbirstanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Səfərbərlik
Döyüşlərdə İştirak:
⚔️ Laçın ⚔️ Tərtər

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
Laçının azad olunmasına görə medalı

Laçının azad olunmasına görə medalı

Laçının azad olunmasına görə
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Xəyyam Hüseynov 1996-cı il iyulun 11-də Göyçay şəhərində anadan olub.
Azərbaycan Ordusunun əsgəri olan Xəyyam Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə döyüşlərdə savaşıb. Xəyyam Hüseynov sentyabrın 27-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Göyçay şəhərində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyyam Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Xəyyam Hüseynov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyyam Hüseynov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş  hərbi qulluqçu Xəyyam Hüseynov     Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Ailə üzvlərinin bildirir ki, vətənpərvər gənc idi, cəsarətli, qorxmaz idi. Vətən torpaqlarının işğalda olması onu həmişə narahat edirdi, tezliklə işğaldan azad ediləcəyinə inanırdı. Çalışırdı hamıya yaxşılıq etsin. Ədəbiyyat sahəsinə böyük marağı vardı. Şəhidliyindən sonra sonra “Qələm nümunəm” adlı kitabı artıq çap edilib satışı vardır. Ağır təbiətli insan idi. Ailəcanlı idi. İşğaldan azad edilmiş rayonlara aid şeirləridə var.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Göyçay rayonu, Məlikkənd kənd orta məktəbi
İş Yeri Bakı Metropoliteni
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Hüseynov Hüseyn Hüseynqulu oğlu Ana: Hüseynova Balaxanım Musa qızı Bacı: Hüseynova Hənifə Hüseyn qızı Bacı: Hüseynzadə Fidan Hüseyn qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər