Hüseynov Ziyarət Mail
Кiçik gizir
🇦🇿 Azərbaycan Şəhidi

Hüseynov Ziyarət Mail

Ata adı: Mail

🐣
Doğum — Biləsuvar Amankənd kəndi
🕊️
Şəhadət — Kəlbəcər
📍
Dəfn Olunduğu Yer Biləsuvar Amankənd kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Кiçik gizir
Qoşun Növü Xüsusi Təyinatlı Qüvvələr
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Kəlbəcər

Təltif Edildiyi Orden və Medallar

Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Ziyarət Hüseynov 1994-cü il mayın 15-də Biləsuvar rayonunun Amankənd kəndində anadan olub.
Azərbaycan Ordusunun kiçik giziri Ziyarət Hüseynov 2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Ziyarət Hüseynov  “Vətən uğrunda” medalı ilə tətif edilib. 

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Ziyarət Hüseynov III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib. 

Xatirələrdə Yaşayan Şəhid:

Ziyarət uşaqlıqdan vətənpərvər, igid, qorxmaz biri olub. Ailəsinə bağlı, dəyər verən, mehriban insan olub. Onun vətənə olan bağlılığı onun hərbiyə olan marağınıda artırırdı. Ziyarət Xüsusi Təyinatlı Qüvvələrin əsgəri idi və Vətən müharibəsi zamanı çox böyük şücaətlər göstərmişdi. Vətən müharibəsi zamanı yaralanaraq qazi olsada, statusundan imtina edərək könüllü olaraq yenidən hərbiyə yollanmış və şəhid olmuş döyüş yoldaşlarının qısasını alacağını demişdir. Döyüş yoldaşları onun ölümdən qorxmayan cəsur bir döyüşçü olduğunu və vətəni uğrunda hər an ölümə hazır olan biri olduğunu deyirlər.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Nemət Soltanov adına Dərvişlikənd tam orta məktəbi
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Hüseynov Mail Şükür oğlu Ana: Hüseynova Hərgül Nəsib qızı Qardaş: Hüseynov Vüqar Mail oğlu Bacı: Fətullazadə Tərgül Mail qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər