namazla bağlıdı
KFC və ya MACdonald da işləmək olar?
KFC və ya MACdonald da işləmək olar?
Bəqərə surəsi (49-57) - Hacı Rahib | Ruhunuzu dinləndirin
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi ( 9 Oktyabr 2026)
Cümə moizəsi Mövzu: Zikr və qəflət -12
Ata adı: Mehrab
Gülşən Hüseynova 1972-ci ildə Ağdam rayonun Xıdırlı kəndində anadan olub.
27 sentyabr 2020-ci il tarixdən Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini, habelə elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgəyə aidiyyəti olmayan şəhər və rayonlarımıza raket və ağır artilleriya zərbələri endirir.
Ermənistanın təcavüzkar siyasətinin davamı olaraq, 2020-ci il oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin kompakt yerləşdiyi əraziyə hər birinin içərisində 72 ədəd 9N235 saylı, ümumilikdə 144 bombacıq olan “Smerç” tipli əməliyyat-taktiki təyinatlı 9M525 gəlpəli böyük dağıdıcı qüvvəyə malik ballistik “claster” tipli 2 ədəd raket zərbələrinin endirilməsi nəticəsində Gülşən Hüseynova şəhid olub.
Ailəsini sevən, ailəcanlı, mülayim, sakit bir insan olub.
Həyat yoldaşı: Hüseynov Teyyub Musa oğlu Oğlu: Hüseynov Orxan Teyyub oğlu