Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: İbrahim
Elgiz İbrahim oğlu Hüseynzadə 28 oktyabr 2001-ci ildə Tərtər rayon Bəyimsarov kəndində dünyaya gəlib. Əslən Kəlbəcər rayonundan idi.
Azərbaycan Ordusunun əsgəri olan Elgiz Hüseynzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başladılan Vətən müharibəsində savaşıb. O, 22 oktyabrda Füzuli istiqamətində gedən döyüşdə şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Elgiz Hüseynzadə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Elgiz Hüseynzadə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu Elgiz Hüseynzadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Vətənini, bayrağını sevən, səmimi, mehriban, saf, gülərüz, diqqətcil, bacarıqlı gənc idi.
Ata: Tağıyev İbrahim Hüseyn oğlu Ana: Şərifova Nailə Xıdır qızı Qardaş: Hüseynzadə Pərviz İbrahim oğlu Bacı: Hüseynzadə Təzəgül İbrahim qızı