Hüseynzadə Həmidağa Bağı
Kapitan
🇦🇿 Azərbaycan Şəhidi

Hüseynzadə Həmidağa Bağı

Ata adı: Bağı

🐣
Doğum — Bakı
🕊️
Şəhadət — Kəlbəcər Murovdağ
📍
Dəfn Olunduğu Yer Bakı II Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Kapitan
Qoşun Növü Xüsusi Təyinatlı Qüvvələr
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Murovdağ ⚔️ Kəlbəcər

Təltif Edildiyi Orden və Medallar

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı

III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı

"Hərbi xidmətdə fərqlənməyə görə" medalı
"Qarabağ" ordeni

"Qarabağ" ordeni

"Qarabağ" ordeni
"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı

"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı

"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı

Həyat Yolu və Şəhadət Tarixçəsi

Həmidağa Hüseynzadə 1990-cı il avqustun 13-də Bakı şəhərində anadan olub. 2008-2012-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb. Ailəli idi. Bir qız övladı yadigar qaldı. Həmidağa Hüseynzadə 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə iştirak etmişdir.

Azərbaycan Ordusunun kapitanı olan Həmidağa Hüseynzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcər rayonunda, Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Həmidağa Hüseynzadə sentyabrın 28-də Murovdağ döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Həmidağa Hüseynzadə "Qarabağ" ordeni ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Həmidağa Hüseynzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Həmidağa Hüseynzadə ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Həmidağa çox mərd, gülərüz, mehriban və zaraftcıl birisi idi. Heç vaxt qəmli olmazdı, hər kəsin əlindən tutar, köməyinə yetərdi. Çox geniş qəlbli idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Bakı şəhəri, 54 saylı orta məktəb
Ali Təhsil Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Hüseynov Bağı Gülbudaq oğlu Ana: Hüseynova Gülnarə Novruz qızı Qardaş: Hüseynzadə Amin Bağı oğlu Bacı: Hüseynzadə Xavər Bağı qızı Həyat yoldaşı: Hüseynzadə Xanımnaz Fərhad qızı Qızı: Hüseynzadə Həmidə Həmidağa qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər