namazla bağlıdı
KFC və ya MACdonald da işləmək olar?
KFC və ya MACdonald da işləmək olar?
Bəqərə surəsi (49-57) - Hacı Rahib | Ruhunuzu dinləndirin
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi ( 9 Oktyabr 2026)
Cümə moizəsi Mövzu: Zikr və qəflət -12
Ata adı: Vüqar
Hüseynzadə Mirmusa Vüqar oğlu 2003-cü il noyabr ayının 4-də Lənkəran rayonu İstisu qəsəbəsində anadan olmuşdur. Mirmusa Hüseynzadə orta təhsilini Rəsul Qurbanov adına orta məktəbdə almış, daha sonra isə Odlar Yurdu Universitetinə qəbul olmuşdur.
Mirmusa Hüseynzadə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Ağdam istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Mirmusa Hüseynzadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən "Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
Mərd, cəsur, vətənpərvər insan idi.
Ata: Hüseynov Vüqar Mirverdi oğlu Ana: Gözəlova Zivər Cəlal qızı Qardaş: Hüseynov Mirsüleyman Vüqar oğlu Qardaş: Hüseynov Mirvüqar Vüqar oğlu Qardaş: Hüseynov Mircəfər Vüqar oğlu