Hüseynzadə Murad Mahmud
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Hüseynzadə Murad Mahmud

Ata adı: Mahmud

🐣
Doğum — Lənkəran Şağlaser kəndi
🕊️
Şəhadət — Qubadlı
📍
Dəfn Olunduğu Yer Lənkəran Şağlaser kəndi qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Könüllü
Döyüşlərdə İştirak:
⚔️ Qubadlı

Təltif Edildiyi Orden və Medallar

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Hüseynzadə Murad Mahmud oğlu 8 yanvar 1998-ci il tarixdə Lənkəran rayonu, Şağlasər kəndində anadan olub.

30 il həsrətində olduğumuz Zəfər sevincini qanları bahasına 44 günə bizə yaşadan igidlərin sırasında 22 il bundan əvvəl Lənkəran rayonunun Şağlaser kəndində dünyaya göz açmış Murad Mahmud oğlu Hüseynzadə də var.
Vətənə, torpağa sevgi ilə böyüyən Murad orta məktəbi başa vuranda hamı onun xalqa fayda vermək əzminə, sağlam əqidəsinə, gözəl əməllərə can atmasına heyran kəsilir. Murad 2013-2015-ci illərdə Lənkəran Zabitlər Evində oxumaqla “Tibb təlimatçısı” ixtisasına yiyələnib. Lənkəran rayonlararası narkoloji xəstəxanada tibb qardaşı kimi çalışıb. Həqiqi hərbi xidmətə də əzəli yurd yerimiz olan Qarabağı azad görmək arzusu ilə yola düşür.
Murad cəbhə xətində Vətən qarşısında borcunu şərəflə verir. Qulluq dövründə çətin məqamlarda belə müqəddəs saydığı Vətən torpağına sipər, yağı düşmənə çəpər olmağı bacaran igid kimi tanınır. Erməni işğalçılarına nifrət bəsləməklə, zəfər günümüzə də ürəkdən inanır. Elə bu, inamla əsgəri xidmətini üzüağ başa vurub evinə dönür. Lənkəran Regional Narkoloji Xəstəxanasında ixtisası üzrə çalışır. Gözəl həyat naminə öz işinə təmiz, ulu duyğularla yanaşır. Qapısını döyənə səmimi, təmənnasız münasibət göstərir. Bacardıqca insanlara yaxşılıq etmək onun həyat kredosuna dönür.
Azərbaycan torpaqlarının azadlığı uğrunda ikinci Qarabağ müharibəsi başlananda Murad cəbhəyə yola düşür. Vətəni öz qanı bahasına yaşadan oğullarla Füzuli istiqamətdə yağıya qan uddurur. Məğlub olan işğalçılar rayonu tərk edib silah-sursatlarını belə götürmədən qaçırlar. Füzuli tamamilə azad edilir. Üç rəngli Azərbaycan bayrağı orada dalğalananda Murad başda olmaqla bütün Vətən oğulların ürəyi dağa dönür. Murad bundan sonra Cəbrayılın, Qubadlının hər qarışı uğrunda əzmlə mübarizə aparır. 33 gün odun-alovun içində ağır döyüş yolu keçir. 11 noyabr 2020-ci ildə Qubadlı istiqamətində düşmən tərəfindən atılan artilleriya mərmisi nəticəsində şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Murad Hüseynzadə ölümündən sonra "Vətən uğrunda" , "Cəbrayılın azad edilməsinə görə" və "Qubadlının azad edilməsinə görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş  hərbi qulluqçu  Murad Hüseynzadə  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Mülayim, mehriban, qayğıkeş insan olub. Xəstələri ilə mehriban və səmimi idi. Hamını təmənnasız müalicə edirdi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Lənkəran şəhər, Şağlaser kənd orta məktəb
İş Yeri Lənkəran şəhəri, Narkoloji dispanser
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Hüseynov Mahmud Ağahüseyn oğlu Ana: Hüseynova Nazilə Mirqubad qızı qızı Bacı: Hüseynzadə Şanı Mahmud qızı Qardaş: Hüseynzadə Məhəmməd Mahmud oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər