Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Həmdulla
Hüseynzadə Ramazan Həmdulla oğlu 01.01.2000-ci il tarixində Cəlilabad rayonu Muğan kəndində anadan olmuşdur.
2006-cı il tarixində Cəlilabad rayon Muğan kənd tam orta məktəbində təhsil almağa başlamış və 2017-ci ildə həmin məktəbdən məzun olmuşdur.
Azərbaycan Respublikasının müvafiq qanunu ilə həqiqi hərbi xidmətə çağırış vəsiqəsinə əsasən Hüseynzadə Ramazan Həmdulla oğlu 25 yanvar 2018-ci il tarixində Cəlilabad rayon Hərbi Kamisarlığından həqiqi hərbi xidmətə yola salınmışdır, həmin tarixdən də DİN-nin DQ-nın Bakı şəhərində (Bakıxanov qəsəbəsində) yerləşən N-saylı Hərbi hissəsində həqiqi hərbi xidmətə başlamışdır.
Xidməti dövründə göstərdiyi nümunəvi xidmətə görə 18 may 2019-cu il tarixində DQ-ın "Əlaçı" döş nişanıyla təltif olunmuşdur.
26 iyun 2019-cu il tarixində də "Xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, şəxsi nümunə, yüksək hərbi intizam nümayiş etdirdiklərinə görə və hərbi hissənin yaranmasının 16-cı il dönümü münasibətilə" Fəxri Fərman ilə təltif olunmuşdur.
Hüseynzadə Ramazan 4 iyul 2019-cu il tarixində həqiqi hərbi xidmətini başa vurduqdan sonra həmin tarixdən başlayaraq
DİN-nin DQ-da MAHHXHQ-su kimi Gəncə şəhərində yerləşən N-saylı hərbi hissəsində üç illik müqaviləyə əsasən xidmətə başlamışdır və həmin müqaviləyə əsasən 04.07.2022-ci il tarixində xidmətini bitirmişdir.
Hüseynzadə Ramazan yenidən 13 fevral 2023-cü il tarixindən 29 aprel 2023-cü il tarixinədək "Komando" Dağ təlim mərkəzində keçirilmiş 14-cü qəbul "Komando başlanğıc kursu"nu müvəffəqiyyətlə bitirmiş və "Komando başlanğıc döş nişanı"nı daşımaq hüququnu əldə etmişdir.
Yuxarıda qeyd edilənlərə əsasən Hüseynzadə Ramazana sertifikat təqdim olunub.
Təqdim olunan sertifikata əsasən elə həmin tarixdən Ramazan MN-nin tabeçiliyində olan və Sumqayıt şəhəri Hacı Zeynalabidin Tağıyev qəsəbəsində yerləşən N - saylı Komando hərbi hissəsində müqavilə əsasında əməliyyat kəşfiyyatçısı ixtisasında xidmətə başlamışdır.
Hüseynzadə Ramazan 19 sentyabr 2023-cü il tarixində baş verən lokal xarakterli antiterror əməliyyatlarında Xocalı rayon Dəhrəz kənd istiqamətində döyüşmüş, cəsarət və igidlik nümayiş etdirərək düşmənin xeyli sayda canlı qüvvəsini məhv etmiş və düşmənlə mübarizədə geri çəkilməyərək qəhramancasına şəhid olmuşdur.
Şəhidimizə ölümündən sonra cənab prezident İlham Əliyev tərəfindən "Vətənə xidmətə görə üçüncü dərəcəli orden"i və "Vətən uğrunda" medalı təqdim olunmuşdur
Mərd, vətənpərvər, cəsur insan idi.
Ata: Hüseynov Həmdulla Dövlət Ana: Hüseynova Pərvanə Abasqulu qızı Qardaş: Hüseynzadə Eldəniz Həmdulla oğlu Bacı: Ağayeva Aytac Həmdulla qızı