İbadlı Ruslan Sakit
MAHHXHQ əsgər
🇦🇿 Azərbaycan Şəhidi

İbadlı Ruslan Sakit

Ata adı: Sakit

🐣
Doğum — Biləsuvar Nəsimikənd kəndi
🕊️
Şəhadət — Füzuli Yuxarı Mərcanlı
📍
Dəfn Olunduğu Yer Biləsuvar Nəsimikənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Cəbrayıl

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Ruslan İbadlı 19 fevral 1995-ci ildə Biləsuvar rayonunun Nəsimikənd kəndində anadan olmuşdur. Nəsimikənd kənd tam orta məktəbində orta təhsilini almışdır.
Ruslan İbadlı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş, Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə vuruşmuş, 28 sentyabr 2020-ci il tarixində düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Şəhid Ruslan İbadlı 1 oktyabr 2020-ci il tarixində Biləsuvar rayonu Nəsimikənd kənd məzarıstanlığında dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan İbadlıölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan İbadlı ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ruslan İbadlı ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Ruslan İbadlı ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Ruslan İbadlı ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Uşaq vaxtından istiqanlı, hamıyla mehriban yola gedib, heç kimin xətrinə dəyməzdi. Ailəsinə bağlı və qohumcanlı biri idi. Bir günlük belə olsa evə gəldikdə bütün qohumları ziyarət edib, onlarla görüşürdü. Çox yüksək insani keyfiyyətlərə malik biri idi. Yoldaşları arasında çox böyük hörmət qazanmışdı. Vətəninə olan böyük sevgisi onu şəhidlik zirvəsinə ucaltdı.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Biləsuvar rayonu, Nəsimikənd tam orta məktəbi
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: İbadov Sakit Etibar oğlu Ana: Hümmətova Zəminə Mükafat qızı Qardaş: İbadlı Eldost Sakit oğlu Bacı: İbadlı Təhminə Sakit qızı Bacı: İbadlı Rəvanə Sakit qızı Həyat yoldaşı: Süleymanova Şəlalə Ağalar qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər