İbadov Rauf Məhərrəm
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

İbadov Rauf Məhərrəm

Ata adı: Məhərrəm

🐣
Doğum — Abşeron Saray qəsəbəsi
🕊️
Şəhadət — Laçın
📍
Dəfn Olunduğu Yer Abşeron Saray qəsəbə qəbirstanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Səfərbərlik
Döyüşlərdə İştirak:
⚔️ Xocavənd ⚔️ Qubadlı ⚔️ Füzuli ⚔️ Cəbrayıl

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

İbadov Rauf Məhərrəm oğlu 4 may 1996-cı ildə Abşeron rayonu Saray qəsəbəsində anadan olub. 2002-2013-cü illərdə 2 saylı orta məktəbdə təhsil almışdı. 2013-2017-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində İnşaat Texnologiya fakultəsində ali təhsil almışdı.

2020-ci il sentyabr ayın 21-dən cəbhəyə yola salınmışdır. Sentyabr ayının 27sindən, müharibə başladığı ilk gündən Füzuli, Cəbrayıl, Hadrut, Qubadlı cəbhələrində göstərdiyi şücaətinə görə, Rauf manqa komandiri təyin olunmuşdur.Son məlumata görə, 23 oktyabr tarixində, Laçın Dəhlizi ərazisində mühasirəyə düşdükləri zaman üzbəüz atışma zamanı əlbəyaxa döyüşlə bir neçə düşməni məhv etmiş və qəhramancasına həlak olmuşdur. Cəsədləri bir neçə gün neytral ərazilərdə qalmış və atəşkəs elan olunduqdan sonra cəsədləri neytral ərazidən çıxarılmışdır. 30 oktyabr 2020-ci il tarixində, Abşeron rayon, Saray qəsəbəsindəki Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

Ölümündən sonra, Cənab Ali Baş Komandan İlham Əliyevin əmri ilə, göstərdiyi qəhramanlığa görə, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Füzilinin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu İbadov Rauf Məhərrəm oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Mərd, cəsur, qorxmaz, mədəni insan olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Saray qəsəbəsi 2 saylı orta məktəb.
Ali Təhsil Azərbaycan İnşaat və Memarlıq Universiteti.
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: İbadov Məhərrəm Qulu oğlu Ana: İbadova Zərnigar Firid qızı Bacı: İbadova Banu Məhərrəm qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər