Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Sadıq
Vüqar İbadov 1988-ci il sentyabrın 28 də Göytəpə şəhərində anadan olub. 1994-2004-cü illərdə V.Hüseynov adına Göytəpə şəhər 2 saylı tam orta məktəbində təhsil alıb. Sonra Cəlilabad Peşə liseyində təhsilini davam etdirib.
2006-2008-ci illərdə həqiqi hərbi xidmətdə olub. 2013-2016-cı illərdə N saylı hərbi hissədə fəaliyyətə başlayıb, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursunu keçərək N saylı hərbi müddətdə müxtəlif fəxri fərmanlarla mükafatlandırılıb. İlk gündən torpaqlarımızın azad olunması uğrunda döyüşlərə qatılıb Cəbrayılın, Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə igidlik göstərib və 2020-ci il oktyabrın 19-da şəhidlik zirvəsinə yüksəlib.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar İbadov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar İbadov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar İbadov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Vüqar İbadov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu Vüqar İbadov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Mərd, mehriban, ailəcanlı, dostcanlı, vətənpərvər insan olub.
Ata: İbadov Sadiq Əvəz oğlu Ana: Məhərrəmov Gültamam Şahpələng qızı Qardaş: Zeynalov Fuad Əlzadə oğlu Həyat yoldaşı: Şıxaliyev Aysel Vidadi qızı Oğlu: İbadov Kanan Vüqar oğlu Qızı: İbadova Xədicə Vüqar qızı