İbişov Vüsal Əli
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

İbişov Vüsal Əli

Ata adı: Əli

🐣
Doğum — Ağsu Gəgəli kəndi
🕊️
Şəhadət — Ağdərə
📍
Dəfn Olunduğu Yer Ağsu Gəgəli kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Tərtər ⚔️ Ağdərə

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Vüsal İbişov 1999-cu il iyunun 19-da Ağsu rayonunun Gəgəli kəndində anadan olub. 2006-cı ildə Sahib Mütəllimov adına Gəgəli kənd tam orta məktəbinin birinci sinfinə daxil olub, 2017-ci ildə həmin məktəbi bitirib.
Vüsal İbişov orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılıb. 2019-cu ilin aprelində hərbi xidməti başa vurduqdan sonra Gəgəli kəndinə qayıdıb, 2020-ci il sentyabrın 21-də yenidən könüllü olaraq hərbi xidmətə yollanıb. Vətən müharibəsi başlayanda Suqovuşan və Ağdərə istiqamətlərindəki döyüşlərdə kəşfiyyatçı kimi xidmət edən Vüsal İbişov oktyabrın 18-də yaralı əsgər yoldaşını xilas etməyə çalışarkən düşmənin snayperdən açdığı atəş nəticəsində şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal İbişov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Vüsal İbişov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu Vüsal İbişov  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Mehriban, anasını çox sevən, vətənə bağlı, ölümdən qorxmayan. O, şəhid olacağını söyləyirmiş.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Ağsu rayonu Gəgəli kənd orta məktəb
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: İbişov Əli Əlləzi oğlu Ana: İbişova Xatirə Şakir qızı Qardaş: İbişov Elşad Əli oğlu Qardaşı: İbişov Vazeh Əli oğlu Qardaş: İbişov Elşən Əli oğlu Qardaş: İbişov Elman Əli oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər