namazla bağlıdı
KFC və ya MACdonald da işləmək olar?
KFC və ya MACdonald da işləmək olar?
Bəqərə surəsi (49-57) - Hacı Rahib | Ruhunuzu dinləndirin
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi ( 9 Oktyabr 2026)
Cümə moizəsi Mövzu: Zikr və qəflət -12
Ata adı: Sadiq
İbrahimli Elçin Sadiq oğlu 1997-ci il sentyabr ayının 26-da Şərur rayonu Yengicə kəndində anadan olmuşdur. Elçin İbrahimli orta təhsilini Şərur rayonu Yengicə kənd orta məktəbində almış, daha sonra Heydər Əliyev adına Ali Hərbi məktəbə qəbul olmuşdu.
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Elçin İbrahimli 44 günlük Vətən Müharibəsində iştirak etmiş və “Suqovuşanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir.
Elçin İbrahimli Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Ağdam istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Elçin İbrahimli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən "Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
Mərd, cəsur, vətənpərvər insan idi.
Ata: Bağırov Sadiq Rza oğlu Ana: İbrahimova Aynurə Fəxrəddin qızı Həyat yoldaşı: İbrahimli Ceyran Yamil qızı Bacı: İsmayıllı Züleyxa Sadiq qızı