İbrahimli Elməddin Zeynəddin
Кiçik gizir
🇦🇿 Azərbaycan Şəhidi

İbrahimli Elməddin Zeynəddin

Ata adı: Zeynəddin

🐣
Doğum — Cəlilabad Hacıcavadlı kəndi
🕊️
Şəhadət — Füzuli
📍
Dəfn Olunduğu Yer Cəlilabad Hacıcavadlı kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Кiçik gizir
Qoşun Növü Xüsusi Təyinatlı Qüvvələr
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Cəbrayıl ⚔️ Murovdağ ⚔️ Füzuli ⚔️ Xocavənd ⚔️ Kəlbəcər

Təltif Edildiyi Orden və Medallar

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə
İgidliyə görə medalı

İgidliyə görə medalı

İgidliyə görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
"Azərbaycan Bayrağı" ordeni

"Azərbaycan Bayrağı" ordeni

"Azərbaycan Bayrağı" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Elməddin İbrahimli 1999-cu il noyabrın 19-da Cəlilabad rayonunun Hacıcavadlı kəndində anadan olub.  Subay idi.
Azərbaycan Ordusunun kiçik giziri olan Elməddin İbrahimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağın, Cəbrayılın, Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elməddin İbrahimli oktyabrın 17-də Füzuli döyüşləri zamanı şəhid olub. Cəlilabad rayonunun Hacıcavadlı kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin İbrahimli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin İbrahimli ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elməddin İbrahimli ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elməddin İbrahimli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Elməddin İbrahimli ölümündən sonra "Azərbaycan bayrağı" ordeni  ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Uşaqlıqdan ən böyük arzusu hərbiçi olmaq olub. Ataya, anaya, vətənə çox bağlı bir qəhrəman oğul olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Cəlilabad rayon Hacıcavadlı kənd tam orta məktəb
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: İbrahimov Zeynəddin Tapdıq oğlu Ana: İbrahimova Qərənfil İsrafil qızı Bacı: İbrahimova Xanım Zeynəddin qızı Bacı: İbrahimova Sima Zeynəddin qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər