İbrahimli Məhəmmədəli Mütəllim
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

İbrahimli Məhəmmədəli Mütəllim

Ata adı: Mütəllim

🐣
Doğum — Beyləqan
🕊️
Şəhadət — Ağdərə
📍
Dəfn Olunduğu Yer Bakı Bakıxanov qəsəbəsi Şəhidlər xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Ağdərə ⚔️ Tərtər

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Məhəmmədəli İbrahimli 1996-cı ildə Beyləqan rayonunda anadan olub. Əslən Füzulinin Cuvarlı kəndindəndir. 2003-2014-cü illərdə 215 nömrəli orta məktəbdə təhsil alıb. 2014-2018-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bakalavr təhsili aldıqdan sonra 2018-ci ildə Azərbaycan Texniki Universitetində magistr təhsili alıb. "İmarət" azarkeş qrupunun ən fəal üzvlərindən olub.
2020-ci ildə həqiqi hərbi xidmətə çağırılıb.

Azərbaycan Ordusunun kəşfiyyatçı əsgəri olan Məhəmmədəli İbrahimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. Oktyabrın 3-dən 4-nə keçən gecə döyüşdə ağır yaralansa da, bir həftə hospitalda müalicə aldıqdan sonra təkid edərək yenidən cəbhəyə qayıdıb. 13 oktyabr 2020-ci ildə Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub. Məhəmmədəli İbrahimli 15 dekabr 2020-ci ildə Sabunçu Şəhidlər Xiyabanında dəfn edilib.


2021-ci ildə bir qrup dostu tərəfindən xatirəsini yaşatmaq məqsədilə dünyanın fərqli nöqtələrində məskunlaşan azərbaycanlı tələbələrin magistr səviyyəsi üzrə təhsilini dəstəkləmək üçün "Məhəmmədəli İbrahimli Təqaüd Proqramı" təsis edilib.

2021-ci ilin may ayında "Qarabağ" futbol klubu "Neftçi" ilə həlledici qarşılaşmadan öncə Peşəkar Futbol Liqasına medal alacaq komanda üzvlərinin siyahısına Məhəmədəli İbrahimlinin də adını salıb. Oyundan sonra M.İbrahimli “Qarabağ” komandasının üzvü kimi ölümündən sonra Azərbaycan Premyer Liqasının gümüş medalına layiq görülüb.

21 yanvar 2021-ci ildə "Qarabağ" və "Sabah" futbol klubları arasında baş verən oyunun 72-ci dəqiqəsində "Qarabağ"ın qələbə topunu vuran Mahir Emreli qoldan sonra üzərində Məhəmmədəli İbrahimlinin şəkli olan ağ formanı nümayiş etdirib.

23 iyul 2021-ci ildə Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxanasında Vətən Müharibəsi şəhidi Məhəmmədəli İbrahimlinin xatirəsinə həsr olunmuş sərgi açılıb.

Azərbaycan Prezidentinin Sərəncamına əsasən Məhəmmədəli İbrahimli “Suqovuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu Məhəmmədəli İbrahimli   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Nisbətən çılğın təbiətli, insanlarla tez ünsiyyət quran, mehriban, qayğıkeş və vətənpərvər idi. Suqovuşan istiqamətində yarlanmasına baxmayaraq, yaraları sağalmamış yenidən döyüşlərə atılmışdır.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Sabunçu rayon, Sabunçu qəsəbəsi 215 saylı orta məktəb
Ali Təhsil Azərbaycan Dövlət Neft Akademiyası bakalavr, Azərbaycan Texniki Universiteti magistr
İş Yeri “Nitel” şirkətlər qrupu (elektrik mühəndisi)
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Xəlilov Mütəllim İbrahim oğlu Ana: Xəlilova İlhamə Məhər qızı Qardaş: İbrahimli Məhəmməd Mütəllim oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər