İbrahimli Məhərrəm Şərif
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

İbrahimli Məhərrəm Şərif

Ata adı: Şərif

🐣
Doğum — Şəki Baltalı kəndi
🕊️
Şəhadət — Goranboy
📍
Dəfn Olunduğu Yer Şəki Oxud kəndi
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Tərtər ⚔️ Goranboy

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

 İbrahimli Məhərrəm Şərif oğlu 09 aprel 2001-ci ildə Şəki rayonunda dünyaya gəlib.

23 aprel,2019-cu ildə hərbi xidmətə çağırılıb. 5 oktyabr 2020-ci ildə Goranboy rayonu Tapqaraqoyunlu kəndi, Kəhrilər xarabalığı istiqamətində düşmən tərəfindən odlu silahla və diğər silah növlərindən atılan mərminin partlayışı nəticəsində həlak olub.

Azərbaycan Prezidentinin Sərəncamlarına əsasən Məhərrəm İbrahimli “Suqovuşanın azad olunmasına görə”, ”Cəsur döyüşçü” və “Vətən uğrunda"medalları ilə  təltif edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu Məhərrəm İbrahimli  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Tərbiyəli, ailəcanlı, işgüzar biri olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Oxud kənd Nurpaşa Hümmətov adına tam orta məktəb
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: İbrahimov Şərif Əli oğlu Ana: İbrahimova Zümrüd Fətəli qızı Qardaş: İbrahimli Ramil Şərif oğlu Qardaş: İbrahimli Elnur Şərif oğlu Qardaş: İbrahimli Qeysər Şərif oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər