Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Nəriman
Nail İbrahimli 1994-cü il martın 4-də Oğuz rayonunun Xaçmaz kəndində Nəriman İbrahimovun və Aqibət İbrahimovanın ailəsində anadan olmuşdur. 2001–2011-ci illərdə V. İbrahimov adına 2 nömrəli tam orta məktəbdə təhsil almışdır.
Uşaq yaşlarından güləşlə məşğul olmuş, bir sıra turnirlərdə məktəbi təmsil etmişdir. Subay idi.
Nail İbrahimli 2012-ci il aprelin 2-də Oğuz Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. 2012–2013-cü illərdə Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Xidmətini Quba rayonunda yerləşən "N" saylı hərbi hissəsində etmişdir. 2019-cu il oktyabrın 23-də sənədlərini Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarına təqdim edən İbrahimli həmin hərbi birləşmələrə daxil oldu. 3 ay Xudat şəhərində yerləşən "N" saylı hərbi hissədə kurs keçdikdən sonra eyni hərbi hissədə qoşunların xüsusi təyinatlı dəstəsinin "kiçik gizir"i kimi hərbi vəzifəsinə davam etmişdir. Daha sonra öz istəyi ilə Qazax rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətdə olmuşdur. Kəşfiyyat qrupuna daxil edilən Nail İbrahimli təlimlərdə fərqləndiyinə görə xüsusi təyinatlılar bölüyünə daxil olmuşdur.
Azərbaycanın Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri olan Nail İbrahimli döyüşlərin ilk günlərində cəbhənin Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Döyüşlərin nəticəsində sentyabrın 27-də qarşı tərəfin Ağdərə rayonu istiqamətində və Murov dağı silsiləsindəki hündürlüklərdə yerləşən postları darmadağın edilərək bir sıra hakim yüksəkliklər (Camışdağ və Ömər aşırımı) nəzarətə götürülmüşdür. Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatı nəticəsində Murovdağ silsiləsindəki Murov zirvəsi işğaldan azad edilmişdir.
Nail İbrahimli bundan sonra Füzuli, Qubadlı və Zəngilan istiqamətində aparılan əməliyyatlarda iştirak etmişdir. Onun iştirak etdiyi qoşunların xüsusi təyinatlı dəstələri bu istiqamətlərdə yerləşən strateji əhəmiyyətli və ya sərhədyanı məntəqələri işğaldan azad edirdi. Döyüşlərin nəticəsində Füzuli şəhərinin və rayonun geniş bir hissəsinin azad edilməsindən sonra əsasən Dövlət Sərhəd Xidmətinin xüsusi təyinatlılarından ibarət olan dəstələr və kiçik gizir İbrahimlinin də üzvü olduğu dəstənin əks-hücumu nəticəsində Zəngilan şəhəri qısa müddət ərzində işğaldan azad olunmuşdur. Bundan əvvəl 18 oktyabr tarixində Azərbaycan Ordusu Cəbrayıl rayonunda yerləşən Xudafərin körpülərini işğaldan azad edilmişdir. Sərhədyanı ərazidə yerləşən və strateji cəhətdən önəm daşıyan, Arazboyu əməliyyatların mühüm hissələrindən biri olan bu əməliyyatlarda Nail İbrahimlinin uğurlu əks-hücum taktikaları, döyüşün və aktivliyin idarə olunması və pulemyotçu olaraq döyüşün öndən idarə olunması kim rolu olmuşdur. 22 oktyabr tarixində Zəngilan rayonunun Ağbənd qəsəbəsinin azad olunması ilə birlikdə Azərbaycan-İran sərhədinin də azad edildiyi bildirilmişdir. Kiçik gizir İbrahimlinin iştirakı ilə Qubadlı istiqamətində strateji yüksəkliklər, yaşayış məntəqələri, sərhədyanı ərazilər və Qubadlı şəhəri azad edildikdən sonra Laçın dəhlizi istiqamətində əməliyyatların aparılmasına başlanılır.
Vətən Müharibəsi Qəhrəmanı, mayor Elvin Səfərovun dediklərinə görə, kiçik gizir Nail İbrahimli pulemyotçu kimi dəstədə çətin və vacib vəzifələri yerinə yetirmiş, döyüşdə əsas rolu oynamışdır, həmçinin, mayor Səfərov bunu da bildirmişdir ki, İbrahimlinin döyüşdə istifadə etdiyi silahı "Hücum" və "PK" pulemyotları olmuşdur. Ona və onun dəstəsinə bir çox mühüm əməliyyatlardan sonra Azərbaycan tərəfinin Şuşa istiqamətində irəliləməsinə şərait yaradacaq, döyüş aktivliyini artıracaq və avantaj və üstünlük qazandıracaq əməliyyatda mühüm tapşırıq verilir. "Nöqtə" əməliyyatında üstünlüyü əldə edən dəstə 8 noyabr 2020-ci ildə Şuşa şəhərinin mərkəzində növbəti tapşırığı icra edir. Bu tapşırıq nəticəsində üstünlük Azərbaycan tərəfinin olacaq və Şuşanın azad edilməsi üzrə əməliyyatlar sonlanacaqdı. Sağ və sol istiqamətdən edilən əks-hücumda tapşırıqda deyildiyi kimi, öndə əməliyyat aparan və tapşırığın mühüm hissəsini icra edən Nail İbrahimli 8 noyabr tarixində Şuşa şəhəri istiqamətində tapşırığı yerinə yetirərkən şəhid olmuşdur. Şəhid olması növbəti günlərdə təsdiqlənmiş və o, 12 noyabr tarixində Oğuz rayonunun Xaçmaz kəndində yerləşən Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Nail İbrahimliyə "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nail İbrahimli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nail İbrahimli ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Nail İbrahimli Xocavəndin azad olunmasına görə” medalı ilə ilə tətif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Nail İbrahimli “Füzulinin azad olunmasına görə” medalı ilə ilə tətif edilib.
Nail hərbi xidmətini başa vurduqdan sonra usta kimi işləyirdi. 2019-cu il oktyabr ayının 23- ü arzusunda olduğu xüsusi təyinatlı qüvvələrə gedə bilmək üçün sərhəd qoşunlarına sənəd verir və bir müddət sonra gizir kimi işləməyə başlayır. Bir müddət sonra Qazax rayonu sərhəd qoşunlarına gedir və orada kəşfiyyat qruplarına daxil edilir. Orada göstərdiyi böyük nailiyyətlərinə görə onu xüsusi təyinatlılar bölüyünə daxil edirlər. İlk döyüş yolu Murovdan başlayab və Şuşaya kimi bütün işğaldan azad olunan yerlərdə döyüşüb. Nail ölümündən sonra bir neçə medallarla təltif olunmuşdur və cənab Prezident İlham Əliyev tərəfindən “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmişdir.
Ata: İbrahimov Nəriman Möhlüd oğlu Ana: İbrahimova Aqibət Hümmət qızı Qardaş: İbrahimli Faiq Nəriman oğlu