İbrahimov Atiq Ariz
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

İbrahimov Atiq Ariz

Ata adı: Ariz

🐣
Doğum — Mingəçevir
🕊️
Şəhadət — Ağdərə
📍
Dəfn Olunduğu Yer Mingəçevir Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Könüllü
Döyüşlərdə İştirak:
⚔️ Ağdərə

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

İbrahimov Atiq Ariz oğlu 24 iyun 1990-cı ildə anadan olub. Subay idi.
5-ci sinifə kimi Mingəçevir Texniki Hümanitar Liseyində oxuyub, sonra 2002-ci ildə Mingəçevir Türk Litseyinə qəbul olub, 2008-ci ildə Türk Litseyini qurtarıb. Türkiyənin Akdeniz və 2012-2016-cı illərdə Ukraynanın Xarkov Beynəlxalq Universitetində təhsil alıb.2016-cı ildə Azərbaycana qayıdıb. 5 xarici dildə sərbəst danışa bilirdi. Karate üzrə qara kəmərə sahib olmuşdur.
Hərbi xidmətini başa vurduqdan sonra “Azərişıq” ASC-nin “Mərkəzi Aran” Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) sahəsinə daxil olan Ağdaş ETSİ-nin enerji satışı şöbəsinin nəzarətçi mühəndisi kimi işləyib.
Atiq İbrahimov 21 sentyabr 2020-ci il tarixində hərbi təlimlərə qatılmışdır. O, bir həftə təlim keçdikdən sonra 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Talış, Suqovuşan və Ağdərənin kəndlərinin azad olunması uğrunda gedən əməliyyatlarda iştirak etmişdir. Atiq Ariz oğlu İbrahimov oğlu 16 oktyabr 2020-ci ildə da Ağdərədə "Beton" post deyilən yerdə şəhid olub.

17 oktyabr 2020-ci ildə Mingəçevir Şəhidlər Xiyabanında dəfn edilib .

Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamlarına əsasən Atiq İbrahimov “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları, III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 

Xatirələrdə Yaşayan Şəhid:

Vətənpərvər, mərd, bir insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Mingəçevir şəhər Türk Litseyi
İş Yeri Ağdaş rayon, Elektrik Şəbəkəsində mühəndis
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: İbrahimov Ariz Zülqədər oğlu Ana: İbrahimova Gülüş İskəndər qızı Bacı: İbrahimova Əfsanə Ariz qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər