İbrahimov Hikmət Zaur
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

İbrahimov Hikmət Zaur

Ata adı: Zaur

🐣
Doğum — Ucar Qarabörk kəndi
🕊️
Şəhadət — Füzuli
📍
Dəfn Olunduğu Yer Ucar Qarabörk kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Füzuli

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Döyüşdə fərqlənməyə görə medalı

Döyüşdə fərqlənməyə görə medalı

Döyüşdə Fərqlənməyə görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Hikmət Zaur oğlu İbrahimov 23 iyun 2001-ci ildə Ucar rayonunun Qarabörk kəndində anadan olub. 2007-ci ildə Qarabörk kənd tam orta məktəbin birinci sinfinə daxil olub, 2016-cı ildə doqquzuncu sinfini bitirmişdir.

Hikmət İbraimov 25 may 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsindən hərbi xidmətə çağırılıb. Oktyabrın 20-də Füzuli rayonu istiqamətində gedən döyüşlərdə vəfat etmişdir. 

Azərbaycan Prezindetinin Sərəncamlarına əsasən Hikmət İbrahimov ölümündən sonra “Döyüşdə fərqlənməyə görə”, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalalrı ilə təltif edilib. 

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu Hikmət İbrahimov  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Ailənin deməsinə görə, Hikmət çox maraqlı uşaq idi. Onun çoxlu sayda dostları vardı. boş vaxtlarında dostları
İlə balıq tutmağa gedərdi . Hikmət ailəcanlı, bacarıqlı. İşgüzar bir oğul idi. Onun vətəninə , torpağına da çox böyük sevgisi vardı. Elə vətəninə olan sevgisi də onu vətəninin azadlığı uğrunda Şəhidlik zirvəsinə ucaltdı.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Ucar rayonu, Qarabörk kənd orta məktəbi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: İbrahimov Zaur Məmməd oğlu Ana: İbrahimova Samirə Şiralı qızı Bacı: İbrahimova Gülnur Zaur qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər