İbrahimov İbrahim Etibar
MAHHXHQ əsgər
🇦🇿 Azərbaycan Şəhidi

İbrahimov İbrahim Etibar

Ata adı: Etibar

🐣
Doğum — Naxçıvan
🕊️
Şəhadət — Xocavənd
📍
Dəfn Olunduğu Yer Naxçıvan Şəhər qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Füzuli ⚔️ Xocavənd

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
İgidliyə görə medalı

İgidliyə görə medalı

İgidliyə görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

İbrahim İbrahimov 1992-ci il fevralın 18-də Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhərində anadan olub. O, 1998-ci ildə Naxçıvan şəhərində yerləşən 15-nömrəli tam orta məktəbə daxil olmuş, 2009-cu ildə həmin məktəbi bitirmişdir. 02.08.2019 cu ildə ailə həyatı qurub.
İbrahim İbrahimov 2010-cu ildə Əlahiddə Ümumqoşun Ordunun "N" saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olub. 2011-ci ildə hərbi xidmətini başa vuran İbrahim İbrahimov daha sonra 2020-ci ildə yenidən ordu sıralarına qayıtmışdır. 18 oktyabrda Azərbaycan Respublikası Müdafiə Nazirliyi Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun (XTQ) əsgəri kimi Qarabağda aparılan hərbi əməliyyatlara qatılıb. İ.İbrahimov Cəbrayıl Zəngilan Füzuli Xocavənd uğrunda döyuşlərində iştirak etmişdir. O, 30 oktyabr 2020-ci ildə Xocavənd uğrunda döyüşlərində qəhramancasına şəhid olmuşdur. İbrahim İbrahimov Naxçıvan şəhər Qəbiristlanğında dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İbrahim İbrahimov Etibar oğlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İbrahim İbrahimov Etibar oğlu ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən İbrahim İbrahiov Etibar oğlu ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikası Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu İbrahim İbrahimov Etibar oğlu Azərbaycan Prezidenti İlham Əliyevin 24.07.2021-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu İbrahim İbrahimov  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Mərd, qorxmaz, cəsur insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb 15 nömrəli tam orta məktəb
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: İbrahimov Etibar Ana: İbrahimova Səkinə Həyat yoldaşı: İbrahimova Gülsüm

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər