İbrahimov İmaməli Elman
MAHHXHQ əsgər
🇦🇿 Azərbaycan Şəhidi

İbrahimov İmaməli Elman

Ata adı: Elman

🐣
Doğum — Lerik Hovil kəndi
🕊️
Şəhadət — Laçın
📍
Dəfn Olunduğu Yer Lerik Hovil kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Laçın

Təltif Edildiyi Orden və Medallar

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
Laçının azad olunmasına görə medalı

Laçının azad olunmasına görə medalı

Laçının azad olunmasına görə
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

İmaməli İbrahimov 17 yanvar 1995-ci ildə Lerik rayonunun Hovil kəndində anadan olub. Orta təhsilini əvvəlcə, Lerik rayon Qılqılov kənd, sonra isə rayonun Siyov kənd tam orta məktəbində almışdır.
Orta məktəbi bitirdikdən sonra 2013-cü ildə müddətli həqiqi hərbi xidmətə yollanmışdır. 2020-ci ilin yanvar ayından artıq müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

Azərbaycan Ordusunun əsgəri olan İmaməli İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Laçının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. İmaməli İbrahimov 9 noyabr 2020-ci ildə Laçın istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İmaməli İbrahimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İmaməli İbrahimov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İmaməli İbrahimov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən İmaməli İbrahimov ölümündən sonra "Cəbrayılın  azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Qubadlı  rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən İmaməli İbrahimov ölümündən sonra "Qubadlının   azad olunmasına görə" medalı ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Mehriban, qayğıkeş, vətənpərvər bir gənc olub. Mütaliəni çox sevirmiş. Orta məktəbi müvəffəq qiymətlərlə başa vurur. Hərbi xidmətə yollanır. Xidmət dövründə özünü nümunəvi əsgər kimi göstərir. Dəfələrlə tərifnamələrə layiq görülür. Ən böyük arzusu torpaqlarımızı işğaldan azad etmək olub. Elə bu yolda canını fəda etdi. Vətən Müharibəsi başlanandan döyüşlərə qoşulur. Cəbrayıl, Qubadlı, Laçın rayonları uğrunda gedən döyüşlərdə xüsusi qəhrəmanlığı ilə seçilir. Laçının azad olunması uğrunda gedən döyüşlərdə şəhadətə qovuşur.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Lerik rayonu, Siyov kənd tam orta məktəbi
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: İbrahimov Elman Dadaş oğlu Ana: İbrahimova Zeynəb Abbas qızı Qardaş: İbrahimov Zöhrəli Elman oğlu Həyat yoldaşı: İbrahimova Vüsalə Əlifağa qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər