Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Valeh
Murad İbrahimov 6 sentyabr 1993-cü ildə Gəncədə anadan olmuşdur. 1999-cu ildə Gəncə şəhər 12 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olmuşdur. 2008-2009-cu illərdə 1 nömrəli Gəncə Peşə liseyində (indiki Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi) təhsil almışdır.
Ailəli idi, Əli adlı bir oğlu var idi. Murad İbrahimovun qardaşı da hərbçidir.
2011-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət etmişdir.
Murad İbrahimov 2014-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu idi. Hərbi xidmət müddətində Qurban bayramı və 15 iyun Milli Qurtuluş Günü ərəfəsində xidmətinə görə fəxri fərmanla təltif edilmişdir.
Azərbaycan Ordusunun əsgəri olan Murad İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Murad İbrahimov 2020-ci il oktyabrın 3-də Murov dağından Ağdərə istiqamətinə yollanmış, həmin istiqamətdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur. Uzun müddət nəşi tapıla bilməmişdir. Nəşi şəhid olmasından 111 gün sonra aşkar edilmiş və 23 yanvar 2021-ci ildə Gəncə Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Murad İbrahimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Murad İbrahimov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Murad İbrahimov ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi.
Xoşxasiyyətli, ailəcanlı, vətənpərvər insan olub.
Həyat yoldaşı: İbrahimova Ramilə Azər qızı Oğlu: İbrahimov Əli Murad oğlu Ata: İbrahimov Valeh Paşa oğlu Ana: İsmayılova Pəri Ağakişi qızı Qardaş: İbrahimov Elşad Valeh oğlu Qardaş: İbrahimov Rəşad Valeh oğlu Qardaş: İbrahimov Polad Valeh oğlu