İbrəhimov Elmir Akif
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

İbrəhimov Elmir Akif

Ata adı: Akif

🐣
Doğum — Saatlı Məzrəli kəndi
🕊️
Şəhadət — Şuşa
📍
Dəfn Olunduğu Yer Saatlı Məzrəli kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Könüllü
Döyüşlərdə İştirak:
⚔️ Şuşa

Təltif Edildiyi Orden və Medallar

Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

İbrəhimov Elmir Akif oğlu 2 may 1996-cı il Saatlı rayonu Mərzəli kəndində anadan olub. Ailənin yeganə oğul övladı idi.

Elmir II Qarabağ savaşına könüllü yollanıb. Peşəkar sürücü idi, idarə etdiyi nəqliyyat vasitəsi ilə çətin yollarla ön cəbhədə olan hərbçi yoldaşlarına təminat, silah-sursat çatdırıb. Hadrut, Laçın, Şuşa ətrafında gedən döyüşlərdə iştirak edib, hərbi qənimətlər ələ keçirib.

Elmir İbrəhimov 8 noyabr 2020-ci ildə döyüş tapşırığını yerinə yetirərkən Daşaltı kəndi istiqamətində minamyot atəşi ilə şəhidlik zirvəsinə ucalıb.
Dostlarına silah-sursatı çatdırmağı isə bacarmışdı..

2021-ci ilin sentyabr ayında doğulduğu Saatlı rayonunda xatirəsini yaşatmaq üçün inşa edilən bulağın açılışı olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün, habelə düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən əsgər Elmir İbrəhimov ölümündən sonra “Şuşanın azad olunmasına görə”, "Vətən uğrunda" , “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu Elmir İbrəhimov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Xatirələrdə Yaşayan Şəhid:

Elmir ailəsinin və yoldaşlarının sevimlisi olub.Çox səmimi və şən, fiziki cəhətdən çox sağlam olub. Uşaqlığından idmana xüsusi meyli olub və taekvondo ilə məşğul olub. Dəfələrlə Respublika birincisi olub. 2015-ci ildə Həqiqi hərbi xidmətə yollanıb və 2016-cı il aprel döyüşlərində iştirak edib. Ordudan qayıtdıqdan sonra rayonda idman müəllimi kimi çalışıb və 2020-ci ilin sentyabr ayında Vətən müharibəsinə könüllü qoşulub. Çox böyük döyüş yolu keçib və dəfələrlə yaralansa da təxris olunmaqdan boyun qaçırıb. Elmir çox mərd və peşəkar sürücü olub. Dəfələrlə minalanmış ərazilərdən düşmənin silah dolu maşınlarını qənimət kimi götürüb və ordumuza təhvil verib.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Saatlı rayonu, M.Əzizbəyov adına 2 nömrəli tam orta məktəb
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: İbrəhimov Akif Azad oğlu Ana: İbrəhimova Gülbəniz Əlibala qızı Bacı: Yaqubova (İbrəhimova) Xatirə Akif qızı Bacı: İbrəhimova Sona Akif qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər