İbrəhimov Ülvi Xanəhməd
Ҫavuş
🇦🇿 Azərbaycan Şəhidi

İbrəhimov Ülvi Xanəhməd

Ata adı: Xanəhməd

🐣
Doğum — Saatlı
🕊️
Şəhadət — Bakı Hərbi hospital
📍
Dəfn Olunduğu Yer Saatlı Qara Nuru qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Ҫavuş
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Füzuli ⚔️ Xocavənd

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda

Həyat Yolu və Şəhadət Tarixçəsi

İbrəhimov Ülvi Xanəhməd oğlu 21 aprel 1994-cü ildə Saatlı rayonunda anadan olmuşdur. Orta təhsilini Saatlı rayonu Qara Nuru kənd orta məktəbində almışdır.  
Hərbi xidmət keçdikdən sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi ordu sıralarına qoşulan Ülvi,  44 günlük Vətən müharibəsində iştirak etmişdir.  
Yaralı olmasına baxmayaraq yaralanmış döyüş yoldaşlarından birini 6 km apararaq tibbi yardım göstərilməsinə nail olmuşdur. 
Ülvi İbrəhimov döyüşlər zamanı 3 dəfə yaralanmış, buna baxmayaraq döyüş meydanını tərk etməmişdir. Müharibə bitdikdən sonra 3 ay hərbi hospitalda müalicə aldıqdan sonra yenidən xidmətə qayıtmışdır.  
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü”, “Vətən Uğrunda” medalları ilə təltif edilmişdir.
İbrəhimov Ülvi Xanəhməd oğlu 28 avqust 2021-ci il tarixində Şuşa şəhəri yaxınlığında “kamaz” markalı yük maşını ilə minaya düşmüş, 20 gün komada qaldıqdan sonra 16 sentyabr 2021-ci ildə şəhidlik zirvəsinə ucalmışdır.

Xatirələrdə Yaşayan Şəhid:

Şəhidimizin atası evdə olduğu müddətdə oğlunun təsərrüfat işləri ilə məşqul olduğunu, zəhmətkeş, ailə üzvləri, qohumları ilə mehriban, xoş rəftarı olduğunu dedi. Dostları da onun zamanla hərbiyə olan həvəsinin hiss olunduğunu bildirirdi. Əsgərliyə getdikdən sonra hərbiyə olan həvəsi özünü daha da büruzə vermişdir. Əsgərliyi bitirdikdən sonra MAXE kimi qalmağı qərara almışdır. Vətən müharibəsində də döyüş yoldaşları da hərbi biliklərə sahib olması və xüsusi fədəkarlığı ilə seçildiyini bildirirdi. Döyüş yoldaşlarından birini yaralı halda, özü də minamiot qəlpəsi ilə yaralanmasına rəğmən təxminən 6 km apararaq tibbi yardım göstərilməsinə nail olmuşdur. Həyatını xilas olunmasına köməklik göstərdiyi döyüş yoldaşı hal-hazırda da MAXE olaraq öz fəaliyyətini davam etdirir. Ülvi İbrəhimovun 3 dəfə döyüşdə minamiot qəlpəsindən müxtəlif vaxtlarda yaralanmasına rəğmən döyüşlərdə iştirak etdiyini, döyüş əməliyyatları bitdikdən sonra isə hərbi hospitalda 3 ay müalicə olunmaq üçün yatmışdır. Sonra isə MAXE kimi öz fəaliyyətinə davam etmişdir. 28 avqust 2021-ci il tarixində Şuşa şəhəri yaxınlığında axşam saatlarında kamaz markalı maşınla minaya düşmüşdür. Hərbi hospitalda 20 gün komada qaldıqdan sonra 16 sentyabr 2021-ci il tarixində şəhidlik zirvəsinə ucalmışdır.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Saatlı rayon, Rasim Səfərov adına Qara Nuru kənd tam orta məktəbi
İş Yeri Azərbaycan Respublikası Müdafiəsi Nazirliyi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: İbrəhimov Xanəhməd Saleh oğlu Ana: İbrəhimova Zeynəb Əhməd qızı Bacı: Vəliyeva Günay Xanəhməd qızı Bacı: Əliyeva Asiya Xanəhməd qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər