Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: İxtiyar oğlu
İdrisov Bəxtiyar İxtiyar oğlu 16 oktyabr 2004-cü ildə Şəki rayonunun Aşağı Laysqı kəndində anadan olub. Şəki rayonu Aşağı Göynük kənd tam orta məktəbində təhsil alıb. 2021 -ci ildə Aşağı Göynük kənd tam orta məktəbində 11-ci sinifi bitirdikdən sonra Mingəçevir Turizm kollecinə daxil olub. 1 il oxuduqdan sonra hərbi xidmətə çağırılıb
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan İdrisov Bəxtiyar İxtiyar oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Ağdərə rayonunda şəhid olub.
İdrisov Bəxtiyar sentyabrın 21-də Şəki rayonu Aşağı Layısqı kənd qəbiristanlığında dəfn edilib.
İdrisov Bəxtiyar İxtiyar oğlu şəhidlik zirvəsinə ucaldıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur.
Mərd, qorxmaz, cəsur insan olub.
Ata: İdrisov İxtiyar İdris oğlu Ana: İdrisova Leyla İsmayıl qızı Bacı: Əhmədli Ülviyə İxtiyar qızı Bacı: İdrisova Zülfiyə İxtiyar qızı