İlyasov Bəhrəm Nizam
MAHHXHQ əsgər
🇦🇿 Azərbaycan Şəhidi

İlyasov Bəhrəm Nizam

Ata adı: Nizam

🐣
Doğum — Ağcabədi Nəcəfqulubəyli kəndi
🕊️
Şəhadət — Tərtər Suqovuşan
📍
Dəfn Olunduğu Yer Bərdə Yeni Əyricə kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Tərtər

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Bəhrəm İlyasov 30 noyabr 1998-ci ildə Bərdə rayonunun Nəcəfqulubəyli kəndində anadan olmuşdur. Atası Nizam İlyasov Birinci Qarabağ müharibəsi zamanı Suqovuşan istiqamətində gedən döyüşlərdə vuruşmuşdur.
2020-ci ilin Tovuz döyüşlərindən sonra Bəhrəm İlyasov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinə getmiş və hərbi xidmətə çağırılmışdır. Təlim mərkəzlərindən birində kurs keçdikdən sonra "N" saylı hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi hərbi xidmətini davam etdirmişdir.

Azərbaycan Ordusunun əsgəri olan Bəhrəm İlyasov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Bəhrəm İlyasov Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəhrəm İlyasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Bəhrəm İlyasov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu Bəhrəm İlyasov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Xatirələrdə Yaşayan Şəhid:

Atasının dedikləri: "Xaraktercə çılğın idi. Görəcəyi hər hansı iş barədə dərhal qərar qəbul etməyi vardı. Uşaq yaşlarından mənə evdə təsərrüfat işlərində ən böyük yardımçım olub."

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Bərdə rayonunun Nəcəfqulubəyli kənd orta məktəbi
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: İlyasov Nizam Hümbət oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər