İlyasov Fərid İbad
MAHHXHQ əsgər
🇦🇿 Azərbaycan Şəhidi

İlyasov Fərid İbad

Ata adı: İbad

🐣
Doğum — Bakı
🕊️
Şəhadət — Şuşa
📍
Dəfn Olunduğu Yer Bakı II Fəxri Xiyaban
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ əsgər
Qoşun Növü Xüsusi Təyinatlı Qüvvələr
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Füzuli ⚔️ Xocavənd ⚔️ Şuşa

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə
"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
Hərbi xidmətlərə görə medalı

Hərbi xidmətlərə görə medalı

Hərbi xidmətlərə görə
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Fərid İlyasov 20 iyul 1999-cu ildə doğulub. Əslən Laçın rayonunun Hacılar kəndindəndir.

2006-cı ildə Laçın rayon Sadınlar kənd tam orta məktəbin 1-ci sinfinə gedib və 2010-cu ildə təhsilini Binəqədi rayonunun 28 May qəsəbəsində yerləşən 306 saylı tam orta məktəbdə davam etdirib. Orta təhsilini 2016-cı ildə bitirən Fərid 2017-ci ilin iyulunda Laçın Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb.Beyləqan ərazisində yerləşən "N"saylı hərbi hissəsində əsgər olub və 2018-ci ilin yanvarında hərbi xidmətini başa vurub. Fərid hərbi xidmətdən döndükdən sonra saç ustası işləyirdi.

Naxçıvan Xüsusi Təyinatlı Dəstədə xidmətə başlayan Fərid 2 ildən çox idi ki xidmət edirdi. 2020-ci ilin sentyabrında başlayan Vətən Müharibəsinin 12-ci günündə Naxçıvandan Qarabağa döyüşə aparırlar. O, 2020-ci il oktyabrın 28-də xidməti borcunu yerinə yetirərkən şəhidlik zirvəsinə ucalıb. Bakı şəhərindəki II Şəhidlər Xiyabanında general Polad Həşimovun yanında dəfn olunub. 

Fərid İlyasov ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə "Vətən uğrunda", "Hərbi xidmətdə fərqlənməyə görə", “Şuşanın azad edilməsinə görə”, Füzulinin azad olunmasına görə", “Xocavəndin azad olunmasına görə” medalları və III dərəcəli “vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Xatirələrdə Yaşayan Şəhid:

Çox cəsur döyüşçü olub, hər zaman öndə gedib, öz növbəsi olmayanda belə döyüşlərə qatılıb.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Binəqədi rayonu 306 saylı tam orta məktəb
İş Yeri Naxçıvan MR Xüsusi Təyinatlı Dəstə
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: İlyasov İbad Surxay oğlu Ana: İlyasov Bəsirə Əlövsət qızı Bacı: İlyasova Rəqsanə İbad qızı Qardaş: İlyasov Kamal İbad oğlu Nənə: İlyasova Şücaət Tanrıverdi qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər