İmaməliyev Elvin Elsevər
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

İmaməliyev Elvin Elsevər

Ata adı: Elsevər

🐣
Doğum — Ağstafa Qırılı kənd
🕊️
Şəhadət — Şuşa
📍
Dəfn Olunduğu Yer Ağstafa Qırılı kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Səfərbərlik
Döyüşlərdə İştirak:
⚔️ Şuşa

Təltif Edildiyi Orden və Medallar

Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Elvin İmaməliyev 1989-cu il mayın 9-da Ağstafa rayonunun Qırılı kəndində anadan olub. 1995–2006-cı illərdə S. Əliyev adına Qırılı kənd tam orta məktəbində, 2006–2010-cu illərdə Azərbaycan Dillər Universitetində (ADU) xarici dil müəllimliyi (fransız dili) ixtisası üzrə ali təhsil alıb.

2012-ci ildə müəllimlərin işə qəbulu üzrə imtahanın nəticələrinə əsasən orta təhsil aldığı Ağstafa rayonunun Qırılı kənd tam orta məktəbində müəllim olaraq fəaliyyətə başlamışdır.

2019-cu ildə isə direktorların işə qəbulu üzrə müsabiqədə iştirak edib və yüksək bal toplayaraq Ağstafa şəhəri 1 nömrəli tam orta məktəbə direktor təyin edilib. Rayonun ən gənc məktəb direktoru olaraq tanınırdı. Yeni Azərbaycan Partiyasının Ağstafa Rayon Şöbəsinin Gənclər Birliyinin sədri idi. Ailəli idi. İki oğlu yadigar qaldı.
Elvin İmaməliyev 2010–2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.
Azərbaycan Ordusunun əsgəri olan Elvin İmaməliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Elvin İmaməliyev noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İmaməliyev Elvin ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən İmaməliyev Elvin ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İmaməliyev Elvin ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu İmaməliyev Elvin  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Xatirələrdə Yaşayan Şəhid:

Vətənpərvər, mərd, cəsur, qeyrətli, ailəcanlı, insanlara qayğı göstərən, zəhmətkeş insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Ağstafa rayonu, Ş.Əliyev adına Qırılı kənd tam orta məktəb
Ali Təhsil Azərbaycan Dillər Universiteti
İş Yeri Ağstafa şəhər Ə.Hüseynov adına 1 saylı tam orta məktəb, direktor
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: İmaməliyev Elsevər Təyyar oğlu Ana: İmaməliyeva Rəfiqə Məmmədhüseyn qızı Bacı: İmaməliyeva Gülər Elsevər qızı Bacı: İmaməliyeva Günel Elsevər qızı Həyat yoldaşı: İmaməliyeva Əsmər Vaqif qızı Oğlu: İmaməliyev Təyyar Elvin oğlu Oğlu: İmaməliyev Tunar Elvin oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər