Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Rauf
Rəhim İmamov 9 avqust 1990-cı ildə Xaçmaz rayonunun Xaspoladoba kəndində anadan olmuşdur. Rəhim İmamov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu idi.
Azərbaycan Ordusunun əsgəri olan Rəhim İmamov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Rəhim İmamov 21 oktyabr 2020-ci ildə Füzuli rayonunun Gecəgözlü kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəhim İmamov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəhim İmamov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Rəhim İmamov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu Rəhim İmamov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Ailə üzvlərinin və yaxınlarının verdiyi məlumata görə, Rəhim orta məktəbi qurtardıqdan sonra rabitəçi kimi xidmətə yollanıb. Rəhimin ən böyük arzusu torpaqlarımızın azad olunmasını görmək idi. Vətənpərvər Rəhim döyüşlər başlamazdan bir ay əvvəl ordu sıralarına müddətdən artıq hərbçi kimi qoşulur. Vətən müharibəsi başlayandan iki gündən sonra isə minaatan bölüyündə döyüşlərə qoşuldu. Çox mərd və vətənpərvər olan Rəhim 19.10.2020-ci ildə qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalır.
Ata: İmamov Rauf Abdul oğlu Ana: İmamova Yasəmən Vahid qızı Həyat yoldaşı: İmamova Şəhanə Ədalət qızı Övladı: İmamlı Nihat Rəhim oğlu Qızı: İmamlı Fatimə Rəhim qızı Bacı: Zülfüqarova Gövhər Rauf qızı