İmamverdiyev Elnur Vəfadar
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

İmamverdiyev Elnur Vəfadar

Ata adı: Vəfadar

🐣
Doğum — Kürdəmir Carlı kəndi
🕊️
Şəhadət — Bakı
📍
Dəfn Olunduğu Yer Kürdəmir Carlı kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Zəngilan ⚔️ Cəbrayıl ⚔️ Qubadlı ⚔️ Füzuli

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
Hərbi xidmətlərə görə medalı

Hərbi xidmətlərə görə medalı

Hərbi xidmətlərə görə
"Azərbaycan Bayrağı" ordeni

"Azərbaycan Bayrağı" ordeni

"Azərbaycan Bayrağı" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Elnur İmamverdiyev 1 sentyabr 2001-ci ildə Kürdəmir rayonunun Carlı kəndində anadan olmuşdur.
Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Elnur İmamverdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan Vətən müharibəsi zamanı 2020-ci il oktyabrın 25-də qəhrəmancasına şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli sərəncamına əsasən Elnur İmamverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi urunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Elnur İmamverdiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi urunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Elnur İmamverdiyev ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi urunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Elnur İmamverdiyev ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi

Xatirələrdə Yaşayan Şəhid:

Anası İmamverdiyeva Xuraman: Elnur Cəbrayıl, Zəngilan, Qubadlı, Füzuli bölgələrində döyüşüb. Sonuncu dəfə oktyabın 16-da zəng vurdu, dedi ki, bizi yuxarı aparırlar zəng çatmayacaq özüm sizinlə əlaqə saxlayacam. 5 gün zəng çatmadı sonra xəbər gəldi ki, Elnur ağır yaralanıb, Bakıya – Silahlı Qüvvələrin Mərkəzi Hospitalına aparıblar. Atası, qohumlar hamı yığılıb getdi, məni qoymadılar getməyə. 5 gün komada qaldı balam, sonra xəbər verdilər ki, komadan ayılmadı, Şəhid oldu...1 il idi balamı görə bilmirdim. Həmin gün dünyanın ən ağır əzabını, iztirabını yaşadım, indi də yaşayıram. İndi onu axtaranda gözümü darvazaya dikirəm, bəlkə gələ...Hələ də inana bilmirəm ölümünə.

Atası İmamverdiyev Vəfadar: Elnur sakit, qabiliyyətli, söz dinləyən olub uşaqlıqdan. Aktyorluq bacarığı vardı, kinoaktyor olmaq istəyirdi. O 13 yaşından ailə yükü çəkib. Evə çörək pulu qazanıb gətirib. Çox güvənirdim Elnura, diribaş, qılıqlı, bacarıqlı, əli bərəkətli idi. Daşdan çörək çıxarırdı. Sürücülük kursunu da oxutdurmuşdum ki, əlində sənəti olsun. Yaxşı maşın sürürdü, texnikadan başı çıxırdı. Müharibə başlayanda Elnur mənə tez-tez zəng vururdu. Orada “Ural” maşını sürürdü. Döyüşçülərə silah-sursat daşıyırdı. Komandiri həmişə ondan razılıq edərdi. Oktyabrın 21-də Cəbrayıl rayonunun Daşkəsən kəndində döyüş yoldaşlarına silah-sursat çatdırıb geri qayıdarkən, dağda “Qrad”la maşını vurub dərəyə aşırıblar. Elnur ayağından, budundan qəlpə yarası alıb. Ancaq başından, beynindən aldığı ağır travmadan şok keçirib. 5 gün hospitalda komada qaldı. Çox inanırdıq ki, Elnur ayılacaq, amma oktyabrın 25-də Şəhid oldu.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Kürdəmir rayonu, Carlı kənd tam orta məktəbi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: İmamverdiyev Vəfadar Əlihüseyn oğlu Ana: İmamverdiyeva Xuraman Bəykişi qızı Qardaşı: İmamverdiyev Cavidan Vəfadar oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər