İmanov Ənvər Emil
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

İmanov Ənvər Emil

Ata adı: Emil

🐣
Doğum — Sumqayıt
🕊️
Şəhadət — Xocavənd
📍
Dəfn Olunduğu Yer Sumqayıt Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Könüllü
Döyüşlərdə İştirak:
⚔️ Xocavənd

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

İmanov Ənvər Emil oğlu 11 yanvar 1999-cı ildə Sumqayıt şəhərində zəhmətkeş ailədə dünyaya gəlib. 2005-2016-cı illərdə Sumqayıt şəhər 41 saylı tam orta məktəbdə təhsil alıb. Orta məktəb illərində fəal şagird idi.

2015-ci ildən AQGF-nın baş məşqiçisi, 10 qat Azərbaycan, 3 qat Avropa çempionu Zöhrab Məsimovun rəhbərliyi altında qol güləşi idman növü ilə məşğul olmağa başlayıb və Respublikada keçirilən yarışlarda iştirak edərək mükafatçı olub.

2016-cı ilin yanvar ayında həqiqi hərbi xidmətə yola düşüb. Gəncə və Tovuz rayonlarında yerləşən N saylı hərbi hissələrdə baş atıcı vəzifəsində xidmət edib. 2017-ci ilin iyul ayında həqiqi hərbi xidmətini başa vuraraq böyüyüb boya-başa çatdığı Sumqayıt şəhərinə qayıdıb və fərdi əmək fəaliyyətinə başlayıb. Kuryer işindən başlayan Ənvər administrator vəzifəsinə kimi yüksəlib. 2019-cı ilin yanvar ayında xoşbəxt günlər yaşayan Ənvər sevib- seçdiyi, bir sinifdə oxuduğu Məleykə xanımla nişanlanıb.

Azərbaycan Ordusunun əsgəri olan Ənvər İmanov 2020-ci il sentyabırın 21-də Azərbaycan Respublikasında qismən səfərbərlik elan olunur, ehtiyatda olan əsgərimiz İmanov Ənvər Qusar rayonunda 1 həftə təlimlərə qatılır. Cəbrayılın, Füzulinin, Xocavəndin işğaldan azad olunmasında onun müstasna xidmətləri olur. 2020-ci il 28 oktyabr...Əsgər, baş atıcı İmanovun son döyüşü...Xocavəndin azadlığı uğrunda gedən ağır döyüşlərdə sol tərəfindən və qarın nahiyyəsindən düşmən gülləsinə tuş gələrək 21 yaşında şəhidlik zirvəsinə ucalır. 29 oktyabr minlərlə şəhər sakinin, icra hakimiyyəti nümayəndələrinin, Müdafiə nazirliyinin, dostlarının, yaxınlarının, ailə üzvülərinin müşayəti ilə canını fəda verdiyi torpağa tapşırılır.

Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə İmanov Ənvər Emil oğlu ölümündən sonra “Vətən uğrunda” , "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu İmanov Ənvər Emil oğlu  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Xatirələrdə Yaşayan Şəhid:

Mərd, cəsur, döyüşkən, vətənpərvər, igid bir insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Sumqayıt şəhər 41 saylı orta məktəb
İş Yeri Şadlıq evində administrator
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: İmanov Emil Ənvər oğlu Anaı: İmanova Mədinə Qulu qızı Qardaş: İmanov Azər Emil oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər