İmanquliyev Ruslan Natiq
MAHHXHQ əsgər
🇦🇿 Azərbaycan Şəhidi

İmanquliyev Ruslan Natiq

Ata adı: Natiq

🐣
Doğum — Sumqayıt
🕊️
Şəhadət — Füzuli
📍
Dəfn Olunduğu Yer Sumqayıt Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Füzuli

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

İmanquliyev Ruslan Natiq oğlu 1996-ci il 14 mart tarixində Sumqayıt şəhərində ziyalı ailəsində anadan olub. Ruslan kiçik yaşında olarkən atası ilə anası ayrılıb. Anası yeganə övladı olan Ruslanı tək başına, atasından heç bir dəstək olmadan böyüdüb. O, 2003-cü ildə Sumqayıt şəhər H.Aslanov adına 22 saylı tam orta məktəbin 1-ci sinifinə başlayıb. 2012-ci ildə həmin məktəbin 9-cu sinifini orta təhsillə bitirib və 1 nömrəli Sumqayıt şəhər Peşə Liseyinə qəbul olub və 2015-ci ildə “Telekommunikasiyada kompyuter texnikasının istismarı üzrə operator” ixtisası ilə bitirib.

Ruslan İmanquliyev 17 iyun 2020-ci ildə sevib seçdiyi Elvina xanım ilə ailə qurub. Amma çox təəssüf ki, gənc ailənin səadəti cəmi 3 ay çəkir…

Ruslan İmanquliyev 2015-ci il iyun ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt Şəhər İdarəsindən həqiqi hərbi xidmətə çağırılıb və 2017-ci ilin yanvar ayınadək Şəmkir rayon Dəllər qəsəbəsində DSX-nin N saylı hərbi hissəsində Cevik Alay Taborunda xidmət edib. Hərbi sahəyə olan marağı 2019-cı ilin dekabr ayında Ruslan İmanquliyevi Azərbaycan Silahlı qüvvələrinin sıralarına qayıtmağa sövq edib. Ruslan İmanquliyev Pirəkəşkül qəsəbəsində N saylı hərbi hissədə Tank Əleyhinə Tağımın qumbaraatan komandiri vəzifəsində MAHHXH qulluqçusu vəzifəsində işləməyə başlayıb. O, işlədiyi müddətdə müxtəlif hərbi təlimlərdə aktiv iştirak edib.

2020-ci il 27 sentyabrda başlamış II Qarabağ müharibəsinin ilk günündən düşmənlə qarşı- qarşıya ön cəbhədə qəhrəmanlıqla vuruşub. Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə hərbi anda sadiq qalaraq, mətinlik və mərdlik nümayiş etdirib.

2020-ci il, 2 oktyabrda Füzuli istiqamətində gedən ağır döyüşlərdə şəhid olub.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edən və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən İmanquliyev Ruslan Natiq oğlu ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu Ruslan İmanquliyev  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Xatirələrdə Yaşayan Şəhid:

Həyat yoldaşının, nənəsinin dediklərinə əsasən 2020-ci il 27 sentyabrda başlamış II Qarabağ Müharibəsində, müharibə başladığı ilk gündən ön cəbhədə olmuşdur. Ruslan hərbi anda sadiq, mətinlik, mərdlik nümayiş etdirən qəhrəman idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Sumqayıt şəhəri 22 saylı orta məktəb
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Nənə: Şərifova Nərgiz Məhəmməd qızı Həyat yoldaşı: Fərzəliyeva Elvira Eldar qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər