İmanzadə Hilal Sabir
MAHHXHQ çavuş
🇦🇿 Azərbaycan Şəhidi

İmanzadə Hilal Sabir

Ata adı: Sabir

🐣
Doğum — Beyləqan Mil qəsəbəsi
🕊️
Şəhadət — Cəbrayıl
📍
Dəfn Olunduğu Yer Beyləqan Şəfəq qəsəbəsi, Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ çavuş
Qoşun Növü Xüsusi Təyinatlı Qüvvələr
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Cəbrayıl

Təltif Edildiyi Orden və Medallar

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda

Həyat Yolu və Şəhadət Tarixçəsi

Hilal İmanzadə 1995-ci il iyunun 23-də Beyləqan rayonunun Mil qəsəbəsində anadan olub. Subay idi.
Hilal İmanzadə 2013-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Sərhəd Qoşunlarının "N" saylı hərbi hissəsində müddəli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə DİN Daxili Qoşunların müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub.

Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Hilal İmanzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Hilal İmanzadə oktyabrın 1-də Füzuli döyüşləri zamanı şəhid olub. Beyləqan rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hilal İmanzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Hilal İmanzadə ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Vətənpərvər, qayğıkeş, məsuliyyətli, ailəcanlı, dostcanlı, etibarlı insan kimi xatırlanır.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Bakı şəhəri, Sabunçu rayonu 215 nömrəli tam orta məktəb
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: İmanov Sabir Cümşüd oğlu Ana: Əzizova Rəfiqə Firuz qızı Qardaş: İmanov Allahverdi Sabir oğlu Qardaş: İmanzadə Murad Sabir oğlu Qardaş: İmanov Vüsal Sabir oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər