İsayev İsmayıl Çərkəz
Leytenant
🇦🇿 Azərbaycan Şəhidi

İsayev İsmayıl Çərkəz

Ata adı: Çərkəz

🐣
Doğum — Masallı
🕊️
Şəhadət — Ağdərə Paprəvənd kəndi
📍
Dəfn Olunduğu Yer Bakı İkinci Fəxri Xiyaban
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Leytenant
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Ağdərə

Təltif Edildiyi Orden və Medallar

Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

İsayev İsmayıl Çərkəz oğlu 24 aprel 2000- ci ildə Masallı rayonunda anadan olmuşdur. Bakı şəhəri, Binəqədi rayonu 100 nömrəli tam orta məktəbdə təhsil almışdır. Orta təhsilini bitirdikdən sonra Bakı İslam Universitetində təhsil almışdır.

Leytenant İsayev İsmayıl 19 sentyabr 2023-cü ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Ağdərə rayonu, Paprəvənd kəndi istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu İsayev İsmayıl Çərkəz oğlu Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən “Vətən uğrunda” medalı və   3-cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilmişdir.  

İsmayıl İsayev  Budo Döyüş Sənəti üzrə ikiqat dünya çempionu olub. 

İsmayıl İsayev Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinin atıcılıq kursunu müvəffəqiyyətlə bitirib.

Şəhid leytenant İsayev İsmayıl İkinci Fəxri Xiyabanda dəfn edilmişdir. 

Xatirələrdə Yaşayan Şəhid:

Mərd, cəsur, qorxmaz insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Bakı şəhəri, Binəqədi rayonu 100 saylı tam orta məktəb
Ali Təhsil Bakı İslam Universiteti
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: İsayev Çərkəz Ağabəy oğlu Ana: İsayeva Səbinə Yasar qızı Qardaş: İsayev İsrail Çərkəz oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər